"Bugün cox gözəl bir gündür. Bu anı bizlərə yaşadanlara minnətdarıq. 30 il əvvəlki mənlə indi ki mən arasında çox fərq olsa da, Vətən eşqi köksümdə daim artıb. Ailəmlə birgə yurd yerimizə qayıdırıq. Bundan böyük səadət yoxdur." Bu sözləri noyabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola düşən keçmiş məcburi köçkün Ağayev Vüqar deyib.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.