Azərbaycanda olan hadisələr
1898 - Azərbaycanda çəkilmiş kinosüjetlərin ilk kinoseansı həyata keçirilmişdir.
Dünyada olan hadisələr
E.ə. 216 - Kanna döyüşündə konsul Qay Terrensi Varronun komandanlığı altında Roma ordusu (63 min piyada, 6 min süvari) ilə Hannibalın Karfagen qoşunu (40 min piyada, 10 min süvari) arasında 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş vermişdir. Roma ordusu ən böyük məğlubiyyətlərindən birini yaşamışdır.
1377 – Knyaz İvan Dmitriyeviçin rəhbərliyi altında birləşmiş rus ordusu Pyan döyüşündə Ərəb-Şah Müzəffərin rəhbərliyi ilə Orda ordunsu tərəfindən darmadağın edilmişdir.
1553 – Marsiano yaxınlığında Fransız ordusu Roma İmperatorluğunun qoşunları tərəfindən məğlub edilmişdir.
1610 – Dənizçi Henri Qudzon şimal yolu ilə Sakit okeana çıxış yolunu axtararkən Qudzon körfəzini kəşf etmişdir.
1713 – Kanadanın Luysburq əyalətinə ilk sakinlər gəlməyə başlamışlar.
1769 – İspanlar tərəfindən Los-Anceles şəhərinin əsası qoyulmuşdur. Həmin vaxt şəhərin adı Nuestra Senyora la Reyna de Los Anceles de Portsiuntsila idi.
1776 – Kontinental konqresin 4 iyulda 13 Şimali Amerika koloniyasının Böyük Britaniyanın ayrılmasını elan etməsini təsdiqləyən Müstəqillik Bəyannaməsi rəsmi şəkildə imzalanmışdır. Bununla da yeni dövlət – ABŞ yaranmışdır.
1796 – Napelon avstriyalıları Lonato (Lombardiya) döyüşündə məğlub etmişdir.
1799 - Əbukir yenidən fransızların əlinə keçir.
1812 – Odessada Taun epidemiyası yayılmağa başlamışdır. Bu epidemiya zamanı şəhərin əhalisinin hər 9 nəfərindən 1-i həyatını itirmişdir.
1903 – Makedoniyada antitürk İlinden üsyanı başlamışdır.
1906 – Portuqaliyanın “Portu” futbol klubu yaradılmışdır.
1909 – ABŞ ordusunda Rayt qardaşlarının hazırladığı ilk hərbi təyyarə silahlanmaya götürülmüşdür.
1914 – Çar II Nikolay Almaniya ilə müharibəyə başlamaları haqda xalqa müraciət etmişdir.
1934 – Almaniyanın reyxprezidenti Qinderburqun ölümündən sonra referendum keçirilmiş, referendumun nəticələrinə görə Adolf Hitler fürer elan edilmişdir.
1940 – Moldova Sovet Sosialist Respublikası yaradılmışdır.
1942 - Azərbaycan legionu yaradılmışdır.
1972 – Misirin və Liviyanın vahid dövlət şəklində birləşməsi haqqında müqavilə imzalanmışdır.
1990 – İraq Küveytə hücum etmişdir.
Bayramlar və xüsusi günlər
- Azərbaycan Kinosu Günü
- Qayananın Nüstəqillik günü
- Şimali Makedoniyanın Respublika Günü
Doğumlar
1696 – Sultan I Mahmud – Osmanlı sultanı
1820 – Con Tindal – Səmanın nə üçün mavi rəngdə olmasını ilk dəfə izah edən ingilis fiziki
1923 – Şimon Peres – Yəhudi siyasətçi və dövlət xadimi, İzrailin 9-cu prezidenti
1934 – Valeriy Bıkovskiy - Kosmonavt, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı
1955 - Fəxrəddin Manafov - Azərbaycan aktyoru.