Laçın sakini: Doğma yurduma qayıdıram
Müsahibələr

Laçın sakini: Doğma yurduma qayıdıram

"Allah cənab Prezidentimizə can sağlığı nəsib etsin. Onun şücaəti, əsgərlərimizin qanı-canı bahasına öz yurdumuza qovuşmuşuq. Laçın elə bir guşəmizdir ki: qonaqpərvər insanı, səfalı bulaqları var. Bütün qonaqlarımı bugündən Laçındakı evimdə qarşılayacam."- bu sözləri Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına qayıdan Rüstəmova İmarət deyib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.