"Şükür olsun bugünə ki, ailəmlə birgə dədə-baba yurduma ayaq basacam. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa diləyirəm. Bugünləri onlara borcluyuq. Yurdumuzdan çıxarılarkən kədərdən göz yaşı tökürdüksə, indi sevinc göz yaşları ilə evimizə qayıdırıq"- bu sözləri 77 yaşlı Laçın şəhər sakini Rüstəmov Rüstəm deyib.
"Respublika" xəbər verir ki, noyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına növbəti köç karvanı yola düşüb.
Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.