Keçmiş məcburi köçkün: Bir an belə inamım itmədi
Müsahibələr

Keçmiş məcburi köçkün: Bir an belə inamım itmədi

"Bugünlər bir an belə olsun inamımı itirmədim. Yurd yerimizə qayıdacağımıza əmin idim. Bu anı bizlərə yaşadanlardan Allah razı olsun.

4 qardaşımla birliktə mübarizə apardıq. Onlardan biri şəhid oldu. İndi bu yerlərə onsuz qayıdırıq. Bu cizgilərin heç biri unudulmayacaq."

"Respublika" xəbər verir ki, bu sözləri Laçın şəhər sakini  Bayramov Nəsib Əli oğlu deyib.

Qeyd edək ki, noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.