Laçın sakini: Şükür olsun bugünə
Müsahibələr

Laçın sakini: Şükür olsun bugünə

"Bizim üçün yaradılan şərait olduqca göz oxşayır. Allah razı olsun cənab Prezidentimizdən. Allah şəhidlərimizə rəhmət etsin. Bu torpaq uğrunda canlarını fəda verənləri daim xatırlamalıyıq. Bu yerlər bizim üçün müqəddəsdir. 

Yurd yerimizdən didərgin düşdükdə vəziyyət olduqca çətin idi. Mən 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi o dövrdəki pərakəndəliyi unutmuram. İndi isə şükür Allaha güclü ordumuz, dövlətimiz var."

"Respublika" xəbər verir ki, bu sözləri keçmiş məcburi köçkün Umudov Ramiz deyib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib