İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistan fırtınalı okeanda yelkənsiz gəmiyə daha çox bənzəyir, hansı səmtə gedəcəyini ayırd edə bilmir.
Qəhrəman Silahlı Qüvvələrimizin bölmələrinin sentyabrın 19-da Qarabağda keçirdiyi 23 saat davam edən antiterror tədbirləri Azərbaycanda erməni separatizminin kökünü kəsdi, iki yüz il davam edən erməni xəyallarına son qoyuldu. Qarabağdakı fırtına o qədər güclü oldu ki, başına çarə axtaran Ermənistan dalğalı okeanın qayalıqlarına çırpılan gəminin vəziyyətinə düşdü. Vaxtilə "böyük Ermənistandan", "miatsum"dan, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaqdan, dünyaya sırıdıqları "öz müqəddəratını təyinetmə"dən dəm vuran haylar öz qınına çəkilib köhnə vərdişlərini işə salaraq saxta göz yaşları tökür. Hələ də anlamaq istəmir ki, xam xəyallardan qaynaqlanan "miatsum", separatizm kitabı bağlandı. Hayların Azərbaycan ərazisindəki müstəqillik xülyası statusun dalınca getdi.
Görünən odur ki, hayların birgə yaşayışa, qonşuluğa, əməkdaşlığa, sabitliyə, insani münasibətlərə sözün əsl mənasında ləyaqətləri çatmır. İkinci Qarabağ müharibəsində rüsvayçılıqla məğlub olmalarını həzm edə bilmirlər, daxili çarpışmalar, etirazlar, küçə yürüşləri, hökuməti hədəfə alan təhqirlər və digər çirkin hərəkətlər sağlam düşüncəli ermənilərin baş ağrısına çevrilib, daşnak əhvallı cəmiyyət çalxalanır. Erməniləri faciələrə düçar edən yalançı, saxtakar ideoloqlar, bir vaxtlar Şuşada Cıdır düzündə axsaq, topal ayaqlarını güclə sürüyərək rəqs edən qoca Zori Balayan cınqırını çıxara bilmir, anlayırlar ki, qolları qandallanan separatçıların bədbəxt taleyi onları da gözləyir. Əlləri azərbaycanlı uşaqların, qadınların, qocaların qanına bulaşan heç kəsə aman verilməyəcək, o vəhşi, qaniçən, azərbaycanlıya nifrət edən cinayətkar toplum ədalət məhkəməsi qarşısında diz çökəcək, layiq olduqları cəzaya məhkum olacaqlar. Haylar həmişə şərə qulluq ediblər, əllərinə fürsət düşən kimi qisasçılığa başlayırlar, başqasının torpağına göz dikirlər, ağalarının qarşısında kölə, qul olurlar. İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan ordusunun bölmələri işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı, 30 ildən çox zəbt etdikləri torpaqlardan qovuldular, döyüş meydanında 11 mindən çox əsgər və zabiti fərariyə çevrildi, ermənipərəst dövlətlərin köməyinə baxmayaraq məğlub oldular, kapitulyasiya aktına qol çəkdilər. Müharibədən ötən üç il bir daha göstərdi ki, məğlub edilmiş haylar öz çirkin niyyətlərini dəyişməyiblər. Həyat onu göstərdi ki, harada erməni varsa, orada fitnə-fəsad, xəyanət və satqınlıq var. Azərbaycanlılardan razılıq edərək sərhədi keçən hayların çoxu indi qədim İrəvan şəhərində meydan "qəhrəman"ları kimi anti-Azərbaycan şüarları səsləndirir, yalan xəbərlər yayırlar, "genosid"dən danışırlar. Bunu yalnız mənəviyyatsız məxluq edə bilər ki, o da ikiüzlü haylardır.
Bölgədə sülhün və sabitliyin qarantı olan, məğlub ölkəyə barış əlini uzadan rəsmi Bakının mövqeyi dəyişməz və dönməzdir. Belə ki, dəfələrlə düşmən ölkəyə və onların havadarlarına xatırladılıb ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalı, hansısa möcüzəni gözləməməlidir. Dövlətimizin başçısı İlham Əliyev bütün görüşlərdə, beynəlxalq arenalarda, dövlət başçıları ilə dialoqlarında həmişə bildirib ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik.
Rəsmi Bakının aydın və qəti mövqeyi ortadadır, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Amma bir çox dövlətlərin əlində alətə çevrilən Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə ləngidir. Halbuki, sülh üçün çox yaxşı şərait yaranıb, bəzi məsələlər üst-üstə düşür. 1991-ci il Alma-Ata deklarasiyasında göstərilir ki, keçmiş ittifaq respublikaları SSRİ-nin vaxtındakı sərhədləri ilə öz müstəqilliyinə qovuşurlar. Yəni keçmiş SSRİ-nin vaxtındakı sərhədlər saxlanılır. Ermənistanın baş naziri Paşinyan indi məhz Alma-Ata deklarasiyası əsasında sərhədlərin delimitasiyasının, demarkasiyasının aparılmasını təklif edir. Halbuki bu, Azərbaycanın vaxtilə irəli sürdüyü tələb idi. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə Bəyanatın doqquzuncu bəndində göstərilir ki, Azərbaycanın qərb rayonları ilə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsinin qurulması təmin edilsin. Azərbaycan həm ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyasının, demarkasiyasının aparılması, nəqliyyat kommunikasiyasının açılması, iqtisadi layihələrin həyata keçirilməsi kimi məsələlərdə hər zaman təşəbbüskarlıq göstərir. Beynəlxalq məsələlər üzrə analitiklər də hesab edirlər ki, Ermənistan tərəfi sadəcə olaraq mövqe bildirməklə kifayətlənir və bu günə qədər sülh sazişinin imzalanmamasının səbəbkarı məhz Ermənistandır. Bu barədə danışarkən dövlətimizin başçısı İlham Əliyev də qeyd edib ki, Ermənistan öz mövqeyini rəsmi şəkildə bildirməlidir.
Son bir ilə nəzər salanda aydın olur ki, Ermənistanın baş naziri Paşinyanın sülh barədə bəyanatları beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. O, son günlər Azərbaycanla sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması haqda yenidən bəyanatlar verir. Ermənistan parlamentinin son iclasında bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var və əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək. Lakin yaxşı bilirik ki, Ermənistanın sözü ilə əməli üst-üstə düşmür və bu riyakarlıq hər kəsə bəllidir. Ermənistan sadəcə imitasiya xarakterli açıqlamalar verir. Bir tərəfdən sülh haqqında danışır, digər tərəfdən, Fransadan, Hindistandan yeni silahlar alır. Özünü elə göstərməyə, təqdim etməyə çalışır ki, guya sülh istəyir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan sülhə hazırlaşmır, daha çox vaxt udmaq istəyir. Qarabağdan könüllü gedən ermənilər Ermənistanda hökumət evinin qarşısında etiraz aksiyası keçirirlər. Onlar respublikanın hər hansı vilayətində yaşamağa razı olduqlarını deyir və mənzillə təmin olunmalarını tələb edirlər. Ermənistan hakimiyyəti hayların yerləşdirilməsi üçün lazımi tədbirlər görməyi ləngidir, daha çox saxta görüntü yaratmağa cəhd edir. Rəsmi Bakı isə Qarabağda qalmaq istəyən ermənilərə təhlükəsizlik zəmanətlərini elan edib və geri qayıtmaq istəyənlər üçün xüsusi elektron vasitəni istifadəyə verib. Veb-portalda bir neçə, o cümlədən erməni dilində Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının sosial, iqtisadi və hüquqi aspektləri haqqında məlumatlar yerləşdirilib. Qarabağdan könüllü gedən ermənilərin guya təzyiqlə, hədə-qorxu ilə üzləşdikləri haqqında yayılan yalan xəbərlərin heç bir əsası yoxdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Bilan deyib ki, Qarabağın erməni sakinlərinə qarşı heç bir insident və ya kobud rəftar halları qeydə alınmayıb. Obyektiv təhlillər onu göstərir ki, insanların buradan məcburi şəkildə köçürülməsi, onların geri qayıtmasının qarşısının alınması və "etnik təmizləmə" ilə bağlı iddialar əsassızdır. Ermənistanın Qarabağda uğursuzluğa düçar olması, Rusiya ilə münasibətlərin düşmənçilik həddinə çatması və regionda təklənməsi küçələrdə sürünən ermənilərə yaxşı heç nə vəd etmir. Onlar paxır tutmuş xəyallardan xilas olaraq gec-tez öz evlərinə qayıdacaqlar. Ermənistanda onları yaxşı gələcək gözləmir, Levon Ter-Petrosyanın təbirincə desək, Ermənistanda pis və doğru idarə olunmayan hakimiyyət mövcuddur. Bunu düzəldəndən sonra hər şey qaydasına düşəcək və Ermənistan normal ölkə olacaq.
Salman ALIOĞLU,
"Respublika".