Dahi lider, əbədiyaşar Heydər Əliyevi təkcə adi insanlar yox, ziyalılar daha çox sevirdi. Çünki o, ziyalılar üçün çox böyük işlər görmüşdü. Elm, ədəbiyyat, incəsənət xadimlərimizin dünyada tanınması üçün əvəzsiz xidmətləri olmuşdur.
Hamı yaxşı xatırlayır ki, 70-80-ci illərdə onun təşkilatçılığı, rəhbərliyi ilə çox sayda azərbaycanlı gənc SSRİ-nin böyük şəhərlərinə təhsil almaq üçün göndərildi. O gənclərin sırasında mən də var idim.
Mən və həmyaşıdlarım elə bir zaman çərçivəsində dünyaya gəlmişik ki, dünyanın təlatümlər dövrünə düşdüyümüzdən siyasətçi olmasaq da, siyasətdə olmaq məcburiyyətində qalmışıq. Çünki Qarabağsız günlərimizdə əcnəbi ölkələrdə həm elmi toplantılarda, həm də olduğumuz səfərlərdə, istəsək də, istəməsək də Qarabağın davasını etmişik. Öz haqqımızı dünya xalqlarına çatdırmaq, Qarabağın azərbaycanlıların olduğunu, ermənilərin ora sonradan köçdüyünü faktlarla, siyasi baxışlarımızla sübut etməyə çalışmışıq. Dünya Azərbaycanlıları Konqresinin əvvəllər üzvü və indi də həmsədri kimi fəaliyyətdəyəm. İki qurultaydır ki, həm Belçikada, həm də İngiltərədə (Londonda) mən həmsədrlərdən biri kimi seçilmişəm. Xalqımızın haqq səsini də dünya xalqlarına lazım olan kimi çatdırıram. Həmsədr olmaq çox böyük və ağır yükdür. Mən də çalışıram əlimdən gələni edim ki, dünyada azərbaycanlılar öz sözünü lazım olan yerlərdə desinlər. Bilirsiniz ki, Sovet ideologiyası hər sahədə və tibb sahəsində də özünün mənfi möhürünü vururdu. Məsələn, həmin dövrdə genetika elmini demək olar ki, qadağan eləmişdilər. Dünyanın ən məşhur genetiklərini zindanlara atır, öldürürdülər. Başlarına min cür işgəncələr gətirirdilər. Çünki genetika sovetlərin yalan üstündə qurulan ideologiyasına zidd idi. Məsələn, kardiocərrahiyyəyə mənfi münasibət sərgilənirdi. O vaxt Moskvada bir səhiyyə naziri var idi - Petrovski. O, ürək transplantasiyasının əleyhinə idi. Ona görə də bu sahə çox geri qalırdı. Amma çox maraqlıdır ki, oftalmologiya bu siyasi basqılardan kənarda qalmışdı. Ona görə də SSRİ-də də bu sahə dünya, Avropa səviyyəsində inkişaf etməyə başladı. Bu da yəqin mənim şansım idi. Mən də həmin vaxtlar Moskvada və sonradan başqa ölkələrdə bu sahədə elmi işlərimi, həkim kimi fəaliyyətimi davam etdirirdim.
Göz həkimi, bacım və tələbəm t.e.d Sevinc Əkbərova ilə birlikdə ixtira etdiyim "Aktipol" preparatı dünyada çox məşhur dərmanların siyahısına daxildir. Aktipol Ümumdünya Sərgilər Salonunun Böyük Qızıl medalına layiq görülüb. Dünyanın ən böyük oftalmoloq alimləri ona müsbət rəy veriblər, müxtəlif ölkələrin ödüllərinə layiq görülüb. Azərbaycanın, hətta bütün müsəlman dünyasının yeganə dərmanıdır ki, dünya səviyyəsində istifadəsinə icazə verilib. Rusiya və dünyanın bir çox ölkələrinin Farmokalogiya Komitəsi o dərmanı rəsmi olaraq təsdiq edib. Bu preparat çoxşaxəli təsir mexanizminə malikdir, həm də viruslara qarşı təsir göstərir. Ən böyük təsiri isə COVID-də təsdiq olundu. Dünyanın məşhur oftalmoloqları təsdiq ediblər ki, COVID-19 un müalicəsində "AKTİPOL" əvəzsiz dərman preparatıdır. Çünki COVID virusu ağız, burun və gözlərin selikli qişasından keçir. Biz maska ilə ağzımızı və burnumuzu bağlasaq da, gözümüzü bağlaya bilmirdik. Buna görə də ondan bütün dünyada, Amerika və Avropada pandemiya dövründə də istifadə olunub.
Dünyada COVID-19 pandemiyası vaxtı bu xəstəliklə mübarizədə, gözün herpes-virus xəstəliklərinə qarşı, radiasiya zamanı radioprotektor kimi işıqların, televiziya, monitorlar, mobil telefonların yaratdığı "quru göz" xəstəliklərində də tətbiq olunan "Aktipol" dərmanından yüksək səviyyədə istifadə olunur. Xoşdur ki, bu dərman Azərbaycanın adı ilə bağlıdır.
Bütün bu uğurların təməli ulu öndərimiz Heydər Əliyevin biz gəncləri daha yüksək reytinqli ali təhsil ocaqlarına ezam etməsindən