Azərbaycanda olan hadisələr
2006 − Tehran konvensiyası kimi məlum olan Xəzər dənizinin mühafizəsi üzrə Çərçivə Konvensiyası qüvvəyə minib.
Dünyada olan hadisələr
1099 − II Pasxhaliy Roma Papa seçilmişdir.
1521 − Hernan Kortes Azteklərin paytaxtı Tenoçtitlanı (indiki Mexiko şəhəri) ələ keçirmişdir.
1672 − Kristian Huygens Marsın Cənub Qütbündə buz örtüyü kəşf etmişdir.
1762 − İngilis-İspan müharibəsi zamanı (1761-1763) Havananın mühasirəsi şəhərin təslim olması ilə başa çatmışdır.
1899 − Amerikalı ixtiraçı Uilyam Qrey telefon avtomatını patentləşdirmişdir.
1903 − Türk qoşunları İlinden üsyanını yatırtmış və Kruşevskaya respublikasını ləğv etmişdir.
1905 – Norveçdə İsveçlə birliyə son qoymaq üçün referendum keçirilmişdir.
1907 − Nyu-Yorkda ilk taksi istifadəyə verilmişdir.
1912 − Fransız həkim G.Odin dünyada xərçəng virusunu təcrid edən ilk şəxs olduğunu açıqlamışdır.
1913 − Şeffilddə ilk paslanmayan polad əridilmişdir.
1918 – Almaniyada BMW (Bayerische Motoren Werke AG) Motor Fabriki qurulmuşdur.
1920 − Qırmızı Ordunun "Visladakı Möcüzə" adı ilə tarixə düşən Varşava uğrunda döyüşü başlamışdır.
1923 − Mustafa Kamal yeniden Türkiyə Bğyük Millət Məclisi Başkanı seçildi.
1932 − Romada Markoni qısa dalğalı radioların ilk sınağını keçirmişdir.
1937 – Yapon-Çin müharibəsinin (1937-1945) ilk ən böyük döyüşlərindən biri − İkinci Şanxay Döyüşü başlamış və döyüş 26 noyabradək davam etmiş, Yaponiya qoşunlarının qələbəsi ilə başa çatmışdır.
1940 − Fransadda bütün mason lojaları qadağan edilmişdir.
1941 − Rumın-Alman qoşunları Qara dənizə çatmış və Odessanı qurudan tamamilə mühasirəyə almışdır.
1942 − Nyu-Yorkda Uolt Disneyin Bembi cizgi filminin ilk premyerası baş tutmuşdur.
1944 – Almanlar Şərq Cəbhəsində ilk dəfə olaraq Tiger II tanklarından istifadə etməyə başlamışlar.
1945 – Ümumdünya Sionist Konqresi bir milyon yəhudinin Fələstinə girməsinə icazə verilməsini tələb etmişdir.
1946 − Britaniya hakimiyyəti Fələstindən qanunsuz yəhudi mühacirlərin Kiprə deportasiyasına başlayıb.
1946 − ABŞ-da hinduların həyat şəraitini öyrənmək üçün federal komissiya yaradılıb.
1952 − Almaniya və Yaponiya Beynəlxalq Valyuta Fonduna üzv olub.
1954 − Pakistan radiosundan ilk dəfə Pakistanın Dövlət Himni yayımlandı.
1956 – Türkiyədə orta məktəblərdə dərs proqramına din dərsləri əlavə edilmişdir.
1960 − Mərkəzi Afrika Respublikası Fransadan müstəqilliyini qazanıb.
1961 − Almaniya Demokratik Respublikası Qərbi və Şərqi Berlin arasındakı sərhədi bağlayıb.
1966 − Tunisdə qısa ətək geyinmək qadağan edilib.
1973 − Zülfikar Ali Butto Pakistanın Baş naziri seçilib.
1990 − SSRİ Prezidenti Mixail Qorbaçov "1920-1950-ci illərdə bütün siyasi repressiya qurbanlarının hüquqlarının bərpası haqqında” fərman imzalayıb.
1997 − Ontarionun əyalət hökuməti (Kanada) ABŞ sərhədi yaxınlığındakı yeddi nüvə stansiyasını bağlamaq planını açıqlayıb.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Solaxaylar Günü.
- Mərkəzi Afrika Respublikasının Müstəqillik Günü.
Doğumlar
1311 – XI Alfonso, Leon və Kastiliya kralı (1312) (ö. 1350).
1655 − Johann Christoph Denner, Alman musiqi ustası, klarnetin ixtiraçısı (ö. 1707).
1752 − Maria Carolina, İki Siciliya Kraliçası (ö. 1814).
1803 − Vladimir Odoevski, rus yazıçısı, filosof, şahzadə, rus musiqişünaslığının banisi (ö. 1869).
1814 − Anders Jonas Angström, İsveçli fizik və astronom, spektroskopiyanın qurucusu (ö. 1874).
1819 − George Stokes, İngilis riyaziyyatçısı və fiziki (ö. 1903).
1827 − Francisco Gomez de Amorim, Portuqaliyalı yazıçı (ö. 1891).
1829 − İvan Seçenov, rus fizioloqu, əmək fiziologiyasının banisi (ö. 1905).
1844 − Johann Friedrich Miescher, nuklein turşularını (DNT və RNT) kəşf edən isveçrəli alim (ö. 1895).
1866 − Covanni Anelli, 1899-cu ildə Fiat şirkətini quran italyan sənayeçi (ö. 1945).
1871 − Karl Liebknecht, Alman Kommunist Partiyasının qurucularından biri (1919-cu ildə öldürülüb).
1872 − Richard Willstatter, alman kimyaçısı, Nobel mükafatı laureatı (1915) (ö. 1942).
1873 − Kristian Rakovski, Sovet siyasi və dövlət xadimi, diplomat (1941-ci ildə güllələnib).
1882 – Rəhilə Hacıbababəyova, Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, Bakıda açılan “Azərbaycan dilində qızlar üçün ikisinifli məktəb”in yaradılmasının təşəbbüskarlarından və təşkilatçılarından biri, həmin məktəbin ilk müdiri olub (ö. 1954).
1888 − John Loughie Byrd, ilk dəfə olaraq hərəkətl edən cisimlərin filmə çəkilməsini və televiziyaya verilməsini həyata keçirən şotlandiyalı mühəndis (ö. 1946).
1897 − Detlev Wolf Bronk (d. 1975), amerikalı fizioloq, biofizikanın atası.
1902 − Feliks Wankel, alman mühəndisi, fırlanan pistonlu mühərrikin ixtiraçılarından biri (ö. 1988).
1903 − Fahri Korutürk, Türk general ve Türkiye Cümhuriyetinin 6-cı prezidenti (ö. 1987).
1912 − Salvador Edward Luria, italyan -amerikalı bioloq, Nobel mükafatı laureatı (1969) (ö. 1991).
1913 – III Makarios, Kiprin ilk prezidenti (1960-1977) (ö. 1977).
1918 − Frederic Senger, İngilis biokimyaçısı, iki dəfə Nobel mükafatı laureatı (1958, 1980) (ö. 2013).
1920 − Vasili Andrianov, Sovet pilotu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (ö. 1999).
1926 − Fidel Castro, Kuba inqilabçısı və siyasətçisi, Kubanın lideri (1959-2008) (ö. 2016).
1941 − Elmira Rəhimova, azərbaycanlı müğənni, Azərbaycanın xalq artisti.
1970 − Alan Şirer, ingilis futbolçu, İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran oyunçu.
1998 − Arina Averina, rus gimnastı, bədii gimnastika üzrə dəfələrlə dünya və Avropa çempionu.
1988 − Dina Averina, rus gimnastı, bədii gimnastika üzrə dəfələrlə dünya və Avropa çempionu, Arinanın əkiz bacısı.