Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz ulu öndərin adı ilə bağlıdır.
1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi vurğuladığımız kontekstdə hüquqi baza rolunu oynadı. Bununla müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatının əsası qoyuldu.
Heydər Əliyev yeni Konstitusiyanın tarixi əhəmiyyəti barədə 12 noyabr 1995-ci ildə Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında demişdir: "Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".
Hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaş hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Belə dövlət quruculuğunun əsas cəhətləri bunlardır: hakimiyyətin bölünməsi prinsipi; ictimai həyatın bütün sahələrində konstitusiya qanunlarının aliliyi; insanların və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi; dövlətin konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərməsi; beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin və normalarının üstünlüyü; dövlət tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının tanınması, onlara əməl olunması və müdafiə edilməsi; dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin olması; məhkəmənin müstəqilliyi, hakimiyyət üzərində və konstitusiyaya əməl olunması üzərində məhkəmə nəzarəti; qanunçuluğun, şəxsi təhlükəsizliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini; siyasi və ideoloji plüralizm.
Ulu öndər hüquqi islahatları sistemli, ardıcıl formada davam etdirmək üçün bu prosesin institutlaşdırılmasına da güclü təkan verdi. Onun əsas əlaməti 21 fevral 1996-cı ildə xüsusi sərəncamla Hüquqi İslahat Komissiyasının yaradılmasından ibarət oldu. Komissiya peşəkar səviyyədə müasir qanunların və digər hüquqi aktların hazırlanaraq qəbul edilməsi istiqamətində fəaliyyət göstərməyə başladı.
Demokratik, hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etmişdir. Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Qanun əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, üçpilləli yeni məhkəmə sistemi yaradılmışdır.
Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyyətinin müstəqilliyinə hüquqi zəmin yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib.
Nəzərə çatdırmaq lazımdır ki, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı əsas ideyalar respublikanın Konstitusiyasına bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verilib. Bununla da cəmiyyətdə