Azərbaycanda olan hadisələr
945 – Ruslar Bərdə şəhərini tərk etmişdir.
2018 – Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Dünyada olan hadisələr
1121 – Gürcüstan krallığının qoşunları ilə Qərbi-Səlcuqlu Mardin və Hill əmirləri arasında Didgor döyüşü baş vermişdir.
1281 – Monqol İmperiyasının V xaqanı Xubilay xanın donanması Yaponiyaya doğru hərəkət edərkən güclü tayfun nəticəsində batıb.
1323 – Novqorod və İsveç arasındakı otuz illik müharibədən sonra aralarında Orexov Sülhü bağlanmışdır.
1658 – Şimali Amerikada ilk polis dəstəsi olan Ratelwacht Yeni Amsterdamda yaradılmışdır.
1824 – Aleksandr Puşkin Odessadan qovulmduşdur. 1826-cı ildə I Nikolay onu Moskvaya çağırmış və rüsvayçılıqdan qurtarmışdı.
1851 – Amerikalı Ayzek Zinqer tikiş maşınını patentləşdirmişdir.
1865 – İngilis həkimi Joseph Lister ilk dəfə cərrahi əməliyyat zamanı dezinfeksiya etmək üçün fenoldan istifadə etmişdir.
1877 – Amerikalı astronom Asaf Holl Marsın peyki Deymosu kəşf etmişdir.
1887 – Vena – Konstantinopol marşrutu üzrə ilk qatar yola düşmüşdür.
1898 – Havay Adaları Birləşmiş Ştatlar tərəfindən ilhaq edilib.
1912 – Zəncilərin Kanadaya köçməsinə 1 illik qadağa qoyulub.
1914 – Birinci dünya müharibəsi: Böyük Britaniya Avstriya-Macarıstan imperiyasına müharibə elan edib.
1918 – ABŞ qatar stansiyalarında spirt satışına qadağa qoyub.
1921 – Atatürk Ankara yaxınlığında Poladlı kəndində Ordunun Baş Komandanı vəzifəsinə keçmişdir.
1953 – Dünyanın ilk hidrogen bombası Semipalatinsk nüvə poliqonunda SSRİ tərəfindən uğurla sınaqdan keçirilmişdir.
1960 – Seylonda mətbuat senzurası tətbiq edilməyə başlanmışdır.
1960 – İlk telekommunikasiya peyki olan Echo One, Canaveraldan orbitə buraxılmışdır.
1961 – İstanbulda tramvaylar son dəfə xəttə çıxmışdır.
1962 – Göyərtəsində Pavel Popoviçin olduğu Sovet kosmik gəmisi Vostok-4 buraxılmışdır.
1964 – Cənubi Afrika Respublikası irqçi ayrı-seçkiliyinə görə Olimpia Oyunlarına buraxılmamışdır.
1974 – Türkiyə Kiprə Türk muxtar bölgələrinin yaradılmasını tələb edən bir ultimatum vermişdir.
1978 – Yaponiya və Çin sülh və dostluq müqaviləsi imzalayıb.
1981 – IBM PC fərdi kompüteri 1.565 dollar qiymətinə satışa çıxıb (prosessor 4.77 MHz, yaddaş 16 kilobayt (256-a qədər genişləndirilə bilər), əməliyyat sistemi DOS 1.0.
1985 – Japan Airlines 123 reysi ilə uçan Boeing 747 təyyarəsi Osutaka dağına çırpılmışdır. Qəza zamanı 520 adam həyatını itirmişdir. Qəzadan 4 nəfər sağ çıxmışdır. Bu qəza bir təyyarədə qurban sayına görə tarixin ən böyük təyyarə qəzasıdır.
2000 – Barens dənizində "Kursk" atom sualtı gəmisi torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Gəmidə olan 118 nəfər heyət üzvündən heç kim xilas ola bilməmişdir.
2018 – NASA, Günəşin atmosferini və Günəş küləyinin öyrənmək üçün Parker zondunu göndərmişdir.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Gənclər Günü.
Doğumlar
1644 – Henrih Biber, alman skripkaçı və bəstəkar (ö. 1704).
1681 – Vitus Berinq, Bering Boğazını kəşf edən Danimarka əsilli rus dəniz səyyahı və qütb tədqiqatçısı (ö. 1741).
1762 – IV George, Böyük Britaniya və Hannover kralı (1820-1830) (ö. 1830).
1822 – Heinrich Louis d'Arre, alman astronomu, Neptun planetini kəşf edənlərdən biri (ö. 1875).
1844 – Mehdi Sudanlı, Sudan azadlıq hərəkatının lideri (ö. 1885).
1860 – Klara Hitler, Adolf Hitlerin anası (ö. 1907).
1881 – Alexander Gerasimov, rus sovet rəssamı, SSRİ Rəssamlıq Akademiyasının prezidenti (1947-1957) (ö. 1963).
1881 – Cecil Blount DeMille, amerikalı kinorejissor, Paramount Pictures şirkətinin qurucusu, iki dəfə Oskar mükafatçısı (ö. 1959).
1887 – Erwin Schrödinger, avstriyalı fizik, kvant mexanikasının yaradıcısı, Mikro hissəciklərin hərəkəti nəzəriyyəsinin inkişafı üçün Nobel mükafatı laureatı (1933) (ö. 1961).
1904 – Şahzadə Alexei, Rusiya imperiyasında taxt-tacın sonuncu rəsmi varisi (1918-ci ildə öldürüldü).
1924 – Məhəmməd Ziya-ul-Haq, pakistanlı siyasətçi, general, Pakistan prezidenti (1978-1988) (ö. 1988).
1926 – Qabil, Azərbaycanın xalq şairi, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli (ö. 2007)
1930 – George Soros, Amerikalı maliyyəçi və Macar əsilli ictimai xadim.
1950 – Alexandr Sidelnikov, Sovet xokkey qapıçısı, Olimpiya çempionu, ikiqat dünya və Avropa çempionu (ö. 2003).
1954 – Fransua Olland, fransız siyasətçi və dövlət xadimi, Fransa Prezidenti (2012-2017).
1960 – Laurent Fignon, fransız velosipedçi, Tour de France (1983, 1984) və Giro d'Italia (1989) qalibləri (ö. 2010).
1971 – Pit Sampras, amerikalı tennisçi, 14 dəfə Böyük Dəbilqə qalibi.
1990 – Mario Balotelli, italyan futbolçu, Avropa çempionatının gümüş mükafatçısı (2012).
1983 – Məryəm Uzərli, türk əsilli alman aktrisası, “Möhtəşəm 100 il” serialında Hürrəm Sultan rolunun ifaçısı.