“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
ƏLİ DAŞQIN
1955-ci ildə Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində anadan olub. 5 yaşından etibarən kənddəki dini məktəbə gedib, ilk orta təhsilini isə yeni üsullu məktəbdə alıb. Tam orta təhsilini Təbrizdəki Xətai adına orta məktəbdə davam etdirmək istəsə də, 8-ci sinifdə yazdığı "Ana dili" adlı inşa işi onun məktəbdən qovulub Mahabada göndərilməsinə səbəb olub.
Ən böyük arzusu ana dili və ədəbiyyatı üzrə ali təhsil almaq olsa da, Əli Daşqın türkcə təhsil verən ali məktəb olmadığından elektronika sahəsində təhsil alıb. İran-İraq müharibəsində iştirak edib, bir neçə dəfə yaralanıb. 1988-ci ildə Təbrizə qayıdıb və Şəhriyar ədəbi dərnəyinin yaradıcılarından biri kimi gənc şair və yazıçıların yetişməsinə köməklik göstərib.
"Kültür evi"nin yaradılması onun ən böyük xidmətlərindən biridir. Şairin şəxsi vəsaiti hesabına yaranmış "Daşqın KAB" mərkəzi 12 ildir ki, çap, tərcümə, köçürmə-transliterasiya, redaktə və yaradıcılıq işləri sahəsində yorulmadan fəaliyyət göstərir.
Yazarın 12000 səhifəlik (ingilis-türk-fars və əksinə) lüğəti, bundan əlavə, 8 cildlik danışıq kitabı, çoxlu sayda elmi-tədqiqat əsərləri də çapdan çıxmışdır. O, həmçinin elektronika sahəsində ikicildlik kitabın da müəllifidir.
Əli Daşqının "Çiçək" (uşaq şeirləri), "Ana nisgili" (poema); "Əsir torpaq - Qarabağ" (poema), "Qar çiçəyi", "Səhər ağacı" (antologiya), "Qoşmalar", "Güneydə günüm", "Kölgə", "Kömürü gözlər", "Gönül saksısı", "Zaminim sevgidir", "O da məndim, bu da mənəm" kimi şeir topluları, "Bıçaq və sümük", "Sarışın", "Sevgi damosu", "Kor bayquş", "Çöp", "İhanət" adlı romanları çap edilib.
Şairin əsərləri Güney Azərbaycanda olduğu kimi, Quzeydə və Türkiyədə də böyük oxucu auditoriyasına malikdir.
Sən yürü!
Sən yürü öz qurşununun ardınca,
O keçəcək ürəyindən alçağın.
Sən usanma, qayğılanma, əzizim
Ordusu var, əsgəri var o bağın.
Sən atəş et, qarı düşmən qaçacaq,
Yalnız onu yollar da bağışlamaz.
Əllərində körpə qanı darıxır,
Onlar bu il o topraqda qışlamaz.
Mavi gözlü sancağını bir də öp,
Sənin qiblən Qarabağda Şuşadır.
Qoy zalimlər öz qanında boğulsun,
Alçaq-alçaq yalvarması boşadır.
Hadi yürü, gözlərinə dikilib,
Yollar səni qucaqlayır günbəgün.
Araz sənə alqış deyir, Kür dua,
Azad olsun vətən toprağı bütün!..
CABİR LÜTFİ
1958-ci ildə Tehranda dünyaya gəlib. Sonra ailəsi ilə birlikdə ata-baba yurdu Sarab şəhərinə köçüb. İbtidai təhsilini Sarab kəndində alan Cabir Lütfi yeniyetmə çağlarında yenə Tehrana qayıdıb.
Şeirə, ədəbiyyata erkən yaşlarından həvəs göstərsə də, o, 2006-cı ildə