Folklor xalq həyatının əks-sədasıdır
Güneydən səslər

Folklor xalq həyatının əks-sədasıdır

Düzgülər Güney Azərbaycanda yaranmış uşaq folklorunun bir qoludur. Güney uşaq folklorunun düzgülər qolunu əks etdirən örnəklərdən, özəlliklə nəğmə-düzgü, acıtma, zarafatyana sözlər, sanamalar daha zəngin məzmun motivi heca şəkilləri ilə diqqət çəkir. Əksər uşaq nəğmələri digər folklor mətnlərinə nisbətən Güney mahalında daha çox qorunub geniş şəkildə yayılıb.

Çünki Güneydə Azərbaycan türkcəsi, türkcə çap olunmuş kitablar qadağan olunduğundan ana dilində dərslik dərs vəsaitləri yayımlanmadığından keçən əsrdə baba nənələr, ata analar sanki canlı kitab olmuş, sinədəftər nənələr sevimli nəvələrinə, analar öz balalarına müxtəlif nağıl, dastan, əfsanə, rəvayət, bayatı, layla, oxşama, nazlama, bir sözlə, bir çox folklor janrında uluların yaratdığı söz boxçasından örnəkləri söyləyərək onları təbiət, cəmiyyət, inanc dünyası əsrlərdən bəri xalqın təfəkküründən süzülüb formalaşmış müdriklik səltənəti ilə yaxından tanış etmiş, onların sağlam ruhda böyüməsi, ana dilini - doğma türkcəni unutmaması qayğısına qalmışlar. Folklorşünas f.ü.f.d., dosent Mətanət Abbasova yazır ki, "xalq məişətinin ayrılmaz tərkib hissəsi olan bu mətnlərdən "A teşti", "Kəsibdi", "Üşüdüm, ha üşüdüm", "A həpsənə, həpsənə" s. adlı düzgülər Təbriz, Urmiya, Zəncan ərazi folklorundan müxtəlif variantlarda toplanıb. Uşaq nəğmələrindən oyun iştirakçılarının adları, ümumiyyətlə, şəxs adları üzərində qurulan "Fatma", "Həlimə", "Zübeydə", "Nərgiz", Mərziyyə" s. acıtmalar bölgə materiallarında daha çox müşahidə olunur. Quruluşca dörd yeddi hecadan ibarət olan bu mətnlər 3, 4 misralıq ölçüdə xüsusilə geniş yayılıb...".

"Düzgülər uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir...". Lakin bu, o demək deyil ki, düzgülərdə yalnız forma var. Primitiv şəkildə olsa da, düzgülərin hər biri müəyyən məzmun dairəsinə malikdir dil açmaqda olan körpələrin, kiçikyaşlı uşaqların dilinin inkişaf etməsində, sürətli danışıq tərzini mənimsəməsində böyük rolu var. Düzgülərin daha əvvəllərdə - alliterasiyalı poeziyanın meydana gəldiyi dövrlərdə yarandığını ehtimal edirlər. Son vaxtlar düzgülər "Təkərləmə" adı ilə təqdim olunur.

Güney Azərbaycanın Şəbüstər mahalında xalq yaradıcılığına bələd olan Əbdüləli Mücazinin dilindən yazıya alınmış "Üşüdüm, ha üşüdüm" düzgüsü Quzeydə Güneydə mövcud olan digər variantlardan fərqlənir:

Üşüdüm, ha üşüdüm,

Dağdan alma daşıdım.

Almacığı aldılar,

Mənə zülm satdılar.

Mən zülmdən bezaram,

Dərin quyu qazaram,

Dərin quyu beş keçi,

Hanı onun ərkəci.

Ərkəc qazanda qaynar,

Dağlıyam, a dağlıyam,

Mən elimə bağlıyam,

Elim mənim oyaxdı,

Tanrı ona dayaxdı.

Kilid elin əlində,

Qıfılca var dilində.

Qıfılcanı açarlar,

Gül siminə saçarlar...

Düzgünün son misralarından acı bir gerçək boylanır. Folklor örnəyini düzüb-qoşan güneyli söz adamı sinəm dağlıdı, ancaq mən elimə-obama qıfıllı-bağlı-qadağan olunmuş ana dilimə candan-qandan bağlıyam deyir. Ancaq o, ümidsiz deyil, eli-ulusu fil qulağında yatmayıb, oyaqdır qıfılın açarı onun əlindədi, Tanrı isə onun dayağıdı bu dayağın, elin mücadiləsinin sonunda gec-tez qıfıl açılacaq, xalq öz haqqına qovuşacaq:

Həpsənə, ay həpsənə,

Həpsənə bir quş idi,

Bağçaya qonmuş idi.

Bəy oğlu görmüş idi,

Bəy oğlunnan bezaram,

Kətan köynəh yazaram.

Kətan köynəh mil-