“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
CABBAR ƏSGƏRZADƏ BAĞÇABAN
1885-ci ildə İrəvanda anadan olub.
Mirzə Cabbar on beş yaşından başlayaraq kiçikyaşlı uşaqlara dərs deyib. "Qafqaz" qəzetində və "Molla Nəsrəddin" məcmuəsində şeir və məqalələrlə çıxış edib, 1914-cü ildə isə İrəvanda M.Mirfətullayevlə birlikdə "Lək-Lək" jurnalını buraxıb.
Təqiblərdən sonra 1918-ci ildə Mərənd şəhərinə, ata-baba yurduna köçməyə məcbur olub və buradakı Əhmədiyyə məktəbində müəllim işləyib. Sonra Təbriz və Tehranda kar və lal uşaqlar üçün məktəb təşkil edib. Onun çoxşaxəli yaradıcılığı pedaqogika, poeziya, incəsənət, musiqi və səhiyyə ilə sıx bağlı olub. Ərəb, fars və rus dillərini mükəmməl bilib, xarici ölkə xalqlarının poeziyasından tərcümələr edib. Əsərlərini həm Azərbaycan, həm də rus dillərində yazan ədibin türkcə əsərləri 12 cilddən ibarətdir.
Qocaman maarif xadimi 1966-cı ildə Tehranda vəfat edib.
Molla və hörümçək
Molla bir gün hörümçəyin yanına
Getdi, ta etsin iltimas ona.
Dedi: Agah olun hörümçəklər!
Sizdən eylər gilayə milçəklər.
Üzməyin canların oların siz,
Sormayın qanların oların siz.
Var oların da siz kimi canı,
Yeməsi, içməsi, əti, qanı.
Oları siz mənə bağışlayın,
Bu fəna işdi çünki boşlayın.
Çun hörümçək bunu belə gördü,
Başını qaldırıb baxıb güldü.
Dedi: Yoldaş! Nə çarə? Siz deyiniz,
Sonra bizdən siz iltimas ediniz.
Dedi molla: ki, bəndə molladır,
Sahibi zöhd, əhli təqvadır.
İltimasım budur ki, əl çəkəsiz,
Milçəyə bir də zülm etmiyəsiz.
Başını tovladı hörümçək ta
Dedi: Zəhmət çəkibsən, ay molla!
Sən özün qanını müsəlmanın
Sorma qardaş! Varınsa vicdanın.
İltimasın bizə qəbul olmaz,
Dediyin səndə çün vüsul olmaz.
Pisdisə özgənin qanın içmək?
Sən özün get, qan içmədən əl çək!
HƏBİB SAHİR
1903-cü ildə Tərk şəhərində ana
dan olub, sonra ailəsi ilə birlikdə Təbrizə köçüb. İlk təhsilini şəhər mollaxanasında ərəbcə alıb. "Mədrese-yi Mübarək-e Məhəmmədiyyə" liseyində şair və inqilabçı Tağı Rəfətin sinfində Şəhriyarla birgə oxuyub, onun məsləhəti ilə fransız dilini öyrənib.
1927-ci ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə daxil olub. 1933-cü ildə ali təhsilini başa vurduqdan sonra Təbrizə qayıdıb, Qəzvin və Tehran məktəblərində coğrafiya fənnini tədris edib, şagirdlər üçün dərsliklər yazıb.
Təqiblərə məruz qalan Həbib Sahir Güney azərbaycanlıların İslam inqilabından sonrakı illərdə üzləşdiyi ədalətsizliyə və təhqirlərə dözməyərək, habelə rejimin ona qarşı edəcəyi təzyiq və işgəncələri göz önünə gətirərək, 85 yaşında Tehran şəhərinin "Tərəşt" bölgəsində, yaşadığı mənzildə