HEYDƏR ƏLİYEV  VƏ AZƏRBAYCAN MEMARLIĞI
Siyasət

HEYDƏR ƏLİYEV  VƏ AZƏRBAYCAN MEMARLIĞI

Xalqımız tarixi boyu çoxsaylı böyük şəxsiyyətlər yetişdirib. Onlar öz fəaliyyətlərilə siyasətdə, hərbdə, elmdə, mədəniyyətdə zirvələrə çatmış, istedadı əməyi ilə həmin sahələrdə dönüş yaratmış, yaxud keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, Azərbaycanın bəşəriyyətin tarixinə adlarını həkk etmişlər. Xalqın qürur mənbəyi olan bu dahi şəxsiyyətlər sırasına XX əsrdə daha bir böyük dövlət xadiminin, fəaliyyəti ilə millətin, ölkənin yeni uğurlu inkişaf mərhələsini yaratmış, Azərbaycanı gənc, müstəqil dövlət kimi qurmuş dünyaya tanıtmış ulu öndər Heydər Əliyevin adı yazıldı. Parlaq şəxsiyyət, cəsarətli müdrik dövlət xadimi, böyük vətənpərvər Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə xalqın tərəqqisinə həsr edilmişdir.

1969-cu ildən ötən yarım əsrə bərabər siyasi hadisələrlə, ağır sınaqlarla böyük qələbələrlə dolu, ölkənin taleyində dönüş yaratmış dövr Heydər Əliyevin siyasi strategiyası ilə zənginləşdirilib. Bu tarix ərzində ölkəmiz sovet dövrünün inkişaf durğunluq mərhələlərini, müstəqillik uğrunda mübarizə illərini yaşamış, düşmən təcavüzünə məruz qalmasına baxmayaraq, azadlığını qoruya bilmiş yeni dövlət qurmuş, iqtisadiyyatını inkişaf etdirmiş dünyada nüfuzunu artırmışdır. Qüdrətlənən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmiş regionun ən güclü iqtisadi, siyasi hərbi qüvvəsinə çevrilmişdir. Bu qələbəmizin bünövrəsində ümummilli lider Heydər Əliyevin mütərəqqi millətsevər siyasəti dayanmışdır.

Ölkələrin tarixində uğurlu tərəqqi dövrləri həmişə inşaatın, memarlığın, şəhərsalmanın inkişafı ilə müşahidə olunmuşdur. Əslində inşaat iqtisadiyyatın, mədəniyyətin, həyatın bütün sahələrinin inkişafının, keyfiyyət baxımından yüksəlməsinin həm tərkib hissəsi, həm bu inkişafı təmin edən vacib amildir. "Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib", - deyən Heydər Əliyev öz siyasətində bu sahəyə həmişə böyük diqqət ayırmışdı. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkəmiz başdan-başa dəyişərək inkişaf etmiş, sovetlər ölkəsinin qabaqcıl respublikasına çevrilmişdi. Bütün sahələrlə yanaşı, bu dövrdə memarlıq inşaat sahəsində böyük tərəqqi əldə edilmiş, Azərbaycanın şəhərlərinin kəndlərinin siması dəyişmişdir. Bakıda respublikanın başqa şəhərlərində memarların yüksək ustalığından xəbər verən ictimai yaşayış binaları, parklar, memarlıq ansamblları meydana gəlmişdir. Aparılan işlərin miqyasının genişlənməsi ilə yanaşı, onların keyfiyyətinə, bədii-estetik səviyyəsinə tələb artmışdır.

70-ci illərin əvvəlində Azərbaycan şəhərlərinin 40-50-ci illərdə 20-25 il müddətinə hesablanmış baş planları artıq həyata keçmişdir. Müasir şəhərsalma prinsiplərinə xalq təsərrüfatının tələbinə uyğun olaraq şəhərlərin yeni baş planlarının işlənməsi lazım idi. Əvvəlki dövrdə Azərbaycanda cəmi 37 şəhərin baş planı mövcud olduğu halda, 70-80-ci illərdə 60 şəhərin bir sıra şəhər tipli qəsəbələrin baş planları işlənildi. Bu dövr Azərbaycanda şəhərlərin planlaşdırılmasında tikintisində ən məhsuldar dövr kimi memarlıq tariximizə daxil olmuşdur.

2005-ci ilədək olan dövrdə Bakının inkişafının "Bakıdövlətşəhərlayihə" İnstitutu tərəfindən işlənmiş baş planı bu layihələr arasında xüsusi yer tuturdu. Heydər Əliyev Bakının Baş planının işlənib hazırlanmasını diqqətlə izləyir, bu planla bağlı ən mühüm problemlərin müzakirəsində şəxsən iştirak edirdi. Şəhərin infrastrukturunun inkişafına xüsusi diqqət yetirilirdi. Nəqliyyat problemlərinin həlli bu məsələnin ən mühüm tərkib hissəsi idi. Bu məqsədlə sürət magistrallarının çəkilməsi nəzərdə tutulmuş, Bakı metropoliteni şəbəkəsi xeyli genişləndirilmişdi. Neftayırma zavodlarının yeni texnologiyaların tətbiqi ilə rekonstruksiyası köhnə tikililərin sökülməsini nəzərdə tutan baş planda sahilyanı ərazilərin strukturunun yeni konsepsiyası təklif olunurdu.

Baş plana əsasən Bakının Abşeron yarımadasının yaşıllaşdırılması üçün geniş proqram həyata keçirilməsi nəzərdə tutulurdu. Heydər Əliyev bu problemlə şəxsən məşğul olurdu. 1971-ci ildə "Bakının Abşeron yarımadasının daha da yaşıllaşdırılması tədbirləri haqqında" qərar qəbul edildi.