"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq".
Heydər ƏLİYEV,
Ümummilli lider.
Azərbaycanın işıqlı, parlaq gələcəyinin yetişməkdə olan gənc nəsildən və uşaqlardan asılı olduğunu qeyd edən dahi şəxsiyyət Heydər Əliyev bütün zamanlarda uşaqların qayğısına qalaraq onlara xüsusi diqqət göstərmişdir. Elə buna görə də ulu öndər uğurlu gələcək üçün hər tədbir və toplantıda uşaqların sağlamlığının, təhsilinin vacibliyini bildirirdi. Heydər Əliyevin verdiyi qiymət, məhəbbət və göstərdiyi diqqətin nəticəsidir ki, bu gün həmin uşaqlar böyüyüb ölkəmizi dünyada sevgi ilə təbliğ edirlər.
Azərbaycan 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub. Bu Konvensiyaya qoşulmaqla dövlətimiz uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların bütün ehtiyaclarının təmin edilməsi istiqamətində addımlar atdığını bir daha təsdiqləyib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilib.
Azərbaycanda uşaqların yaxşı təhsil alması, tərbiyə olunması, Vətənə layiqli övlad kimi yetişməsi və sağlam, firavan yaşaması, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycanın qurucusu, hər zaman sonsuz sevgi, hörmət və qürurla adı anılan Heydər Əliyev bütün ömrü boyu uşaqlara qarşı xüsusi diqqət və məhəbbətlə yanaşmış, onların himayədarı olmuşdur. Respublikaya rəhbərliyi dövründə ümummilli lider uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq qanunvericilik aktları qəbul etmişdir. Ulu öndər həm də uşaqlarla bağlı bir çox tədbir və şənliklərə gedərək onların sevincinə şərik olurdu. Uşaqlarla vaxt keçirməyi çox sevən Heydər Əliyevin onlarla ünsiyyətdə olması ölkə başçısından daha çox, bir baba diqqətini, məhəbbətini nümayiş etdirirdi. Keçirilən bütün şənlik və görüşlərdən böyük ilham alan uşaqların isə Heydər babalarına sevgisi sonsuz idi.
Mədəniyyət və incəsənət sahəsində olan istedadlı uşaqlara qayğı qarşıya qoyulan vəzifələrdən biri idi. Heydər Əliyevin sayəsində Azərbaycanda uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər saya gəlməyəcək qədərdir. Məhz onun 1999-cu il iyulun 29-da imzaladığı Fərmanla təsdiq olunan "Azərbaycan Respublikasında Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nda Təhsil, Gənclər, İdman və Turizm nazirliklərinə istedadlı uşaqların üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulub. İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi hələ ötən əsrin 70-ci illərindən dövlətin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra yenə də uşaqlara eyni qayğı və diqqətlə yanaşılmışdır. Ulu öndər "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərman vermiş, gənc istedadların "Qızıl kitabı"nı, "Gənc istedadlar fondu"nu yaratmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin uşaqlarla bağlı atdığı addımlar bununla bitmir. Onun zamanında diqqət və qayğı göstərdiyi onlarla valideyn himayəsindən məhrum və keçmiş məcburi köçkün övladları indi ölkənin aparıcı mütəxəssisləri arasında yer alır. Heydər Əliyev ideyaları və tövsiyələri ilə böyüyən uşaqlar ulu öndərdən onlara miras qalan insanlıq dərsini özlərinin həyat şüarı hesab edirlər.
Əlbəttə ki, uşaqlar təkcə bir ailənin, xalqın deyil, dövlətin ən qiymətli sərvətidir. Sahib olduğumuz qiymətli sərvətimizi cəmiyyətə faydalı vətəndaş kimi böyüdüb tərbiyə etmək hər bir valideynin borcudur. Biz, övladlarınızı Vətənə sevgi hissi ilə tərbiyə etməklə yanaşı, həm də sadiq olmağı da aşılamalıyıq. Sözsüz ki, sadalanan xüsusiyyətlərə cəmiyyət olaraq 44 günlük Vətən müharibəsində şahidlik etdik. Qarabağın işğalından illər sonra dünyaya gələn uşaqlar Qarabağ uğrunda