Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans keçirilmişdir.
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya Avrasiya məkanında yeni formalaşan geosiyasətdə ən əsas amillərdən biridir. Bildiyimiz kimi, bu günlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş torpaqlarımıza, Qarabağa səfər etmişlər. Ölkə başçımız Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən beynəlxalq konfrasda da iştirak etmişdir. Prezident İlham Əliyev may ayının 3-də ADA Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda Şuşada keçirilən dördüncü beynəlxalq konfransda çıxış etmiş, beynəlxalq aləmdə baş verən proseslər, ildən-ilə artan çağırışlar, regionumuzdakı təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında çox geniş və ətraflı danışmışdır.
Prezidentimizin səsləndirdiyi fikirlər və suallara verdiyi cavablar bir sıra vacib qaranlıq məsələlərə işıq saldı, regionun gələcəyi ilə bağlı aydın baxışlar formalaşdırdı. Möhtərəm Prezidentimiz konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən danışarkən əgər Ermənistan sülh istəmirsə, sülhün olmayacağı fikrini də səsləndirərək təkcə rəsmi İrəvana deyil, həm də onun havadarlarına çox sərt və açıq mesajlar göndərdi. Sülh sazişinin daha çox Ermənistanın marağına xidmət etdiyini xüsusi vurğulayan Azərbaycan Prezidenti qeyd etdi ki, tarix onlara dərs versə də, hələ də bu dərsdən nəticə çıxarmırlar. Görünür, Ermənistan üçün yeni dərslər lazımdır. Qürurla deməliyik ki, möhtərəm Prezidentimiz regionda baş verən yeni reallıqların və formalaşan yeni geosiyasətin bilavasitə müəllifidir və bölgədə postmünaqişə mərhələsinin konturlarını müəyyənləşdirən əsas söz sahibidir. Bununla bərabər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində öz əksini tapır. Məhz bu mənada, qeyd edə bilərik ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir, həm regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür, digər tərəfdən, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu konkret işləri ilə sübut edir.
Şuşada keçirilən beynəlxalq konfrasda diqqətçəkən məqamlardan biri də möhtərəm Prezidentimizin bölgədə Azərbaycan-İran münasibətlərinin hazırkı durumu ilə bağlı suala verdiyi cavab idi. Dövlət başçımız Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətinin kifayət qədər gərgin olduğunu qeyd etdi və rəsmi Tehranın Ermənistanın yanında olduğunu, onu müdafiə etdiyini, hətta işğalçı Ermənistanın ərazi bütövlüyünün İranın qırmızı xətti olduğunu xatırlatdı. Cənab İlham Əliyev Azərbaycan ilə İran arasındakı bu gərgin münasibət fonunda İranda Azərbaycan diplomatik korpusunda həyata keçirilən terror aktının baş verməsinə də kəskin münasibətini bildirmiş və bu qanlı olayı beynəlxalq hüquq çərçivəsində qəbuledilməz adlandırmışdır. Dövlət başçımız bu cinayət hadisəsinin İranın ali siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etməklə, Azərbaycan dövlətinin hər zaman qonşularla münasibətlərin normal inkişafına maraqlı olduğunu, İranın isə açıq və aydın şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yeritdiyini bildirmişdi. Cənab İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda bir daha bu məsələyə toxunması İranla münasibətlər və onun normallaşdırılması məsələsinə Azərbaycanın maraqlı olduğunu göstərir. Bununla bərabər, möhtərəm Prezident son zamanlar İran tərəfindən müəyyən məktubların və telefon zənglərinin gəldiyini və bunların qismən də olsa müsbət proseslər olduğunu qeyd etmişdir. O, bütün bunlara baxmayaraq münasibətlərin gərginləşməsinə gətirib çıxaran səbəblərin İran tərəfindən aradan qaldırılmadığını da diqqətə çatdırmışdır. Rəsmi İranın bu istiqamətdə konkret addım atmaq istəmədiyini və hər şey İranın davranışından asılı olduğunu deyən Prezidentimizin bu fikirləri əslində İran tərəfi üçün çox ciddi mesajlardır. Dövlət başçımızın