Vaxtilə Ağdam təbiətin yaratdığı canlı muzeyi xatırladırdı, çünki bu qədim diyarın hər daşının altında bir tarix yatır, burada zəngin yataqlar var, ərazisindən üç çay keçir, zümrüd meşələri, bulaqları ilə məşhur olub. 30 il bundan əvvəl Ermənistanın hərbi təcavüzü rayonun iqtisadiyyatına, mədəni həyatına, ən əsası isə insanların taleyinə cox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan və ədalətdən danışmağı sevən dünyanın gözü qarşısında yüz minlərlə insanın acı taleyindən xəbər verir. Erməni cinayətlərini sübut edən Ağdamın viran edilmiş taleyinə yenidən günəş doğub, bu yaralı torpağı şəfəqlər bürüyür, yenidən gələcəyə bir şəhər boylanır.
Ağdamın azad edilməsi çox böyük tarixi hadisədir
Otuz il torpaqlarımızı işğal altında saxlayan, azərbaycanlıların mal-mülkünü, təbii sərvətlərimizi talançılıqla qarət edən, etnik nifrət zəminində dinc insanları qətlə yetirən düşmən Ermənistanı və onun havadarlarını 44 gün ərzində döyüş meydanında məğlub etmək üçün Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi və diplomatik mübarizəsini qəhrəman ordumuzun bölmələri savaş meydanında tarixi qələbə ilə başa çatdırdı. Bu şanlı zəfərə qədər isə dövlətimizin başçısı tərəfindən xalqımızın iradəsini və arzusunu ifadə edən milli ideyanın həyata keçirilməsi üçün əməli fəaliyyətə başlanıldı. Milli ideyanın birinci mərhələsi işğal altındakı torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi. Bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşdi, qram-qram, zərrə-zərrə özünü buna hazırladı, vətənpərvər ruha kökləndi, ordu quruculuğu, müasir hərbi texnikaların alınması, əsgər və zabitlərimizin döyüş hazırlığının yüksəlməsi, peşəkarlığının artırılması istiqamətində qısa zaman kəsiyində nəhəng işlərə imza atıldı.
Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Fərəh hissilə qeyd edək ki, 20 il bundan əvvəl qarşıya qoyulan milli ideyanın hər iki mərhələsi uğurla, şərəflə, ləyaqətlə yerinə yetirilir. İşğaldan azad edilən şəhər və kəndlərin hamısı xüsusi əhəmiyyət daşıyır, lakin Ağdamın azad edilməsi çox böyük tarixi hadisə oldu. Çünki düşmənin bu rayonu geri qaytarmaq fikri yox idi, ermənilər bu istiqamətdə çox güclü istehkamlar tikmiş, müdafiə xətləri qurmuş, bütün ərazini başdan-başa minalamışdı. Ermənilər Azərbaycan Ordusunun Ağdamdan hücum edəcəyini zənn edir, bütün texnika və canlı qüvvəsini bura yönəltmişdi. 2020-ci ilin noyabr ayında Ağdamın xarabalıqları arasından bu barədə bütün dünyaya səslənən Prezident İlham Əliyev çox böyük qətiyyət və inamla bildirdi ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Sözə qüvvət üçün deyək ki, məğlub edilən, ordusu tarmar edilən, qanlı caynaqları bu yerlərdən qoparılan, qara niyyətlərinə sipər çəkilən