İnam və etimadın zəfəri
Siyasət

İnam və etimadın zəfəri

Bu, gələcəyə qürurla baxan xalqın dövlətin uğurunun ifadəsidir

2018-ci il aprelin 11-  keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi partiyanın sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74,3 faizi iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

"Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq". Bunu aprelin 11- keçirilən prezident seçkilərində ona göstərilən böyük etimada görə xalqımıza minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib. O, həmçinin qeyd edib ki, xalq-iqtidar birliyi, məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik.

Qeyd etmək lazımdır ki, növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi.

Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını tələb edirdi. Regional qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi. Milli dövlətçilik tariximizdə yeni bir səhifə açan, müstəqillik dönəmində böyük yeri rolu olmuş, hüquqi dövlət quruculuğu proseslərinə, ölkəmizin demokratik inkişafına mühüm töhfələr vermiş Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkiləri ərəfəsində elan etdiyi mühüm qərarı ilə hər zamankı kimi, yenə ümumən Azərbaycan xalqının istək arzularının tərcümanına çevrildi. Azərbaycan Respublikasının prezidentliyinə xalqımızın tarix boyu yetişdirdiyi ən uğurlu liderlərdən olan cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə Vətənin gələcəyini növbəti 7 il müddətinə əmin əllərə etibar etdi.

2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv xain qüvvələrə yox deməyinin təzahürü idi. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur: "Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər" - fikrini səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur.

2003- ildən bəri yaşadıqlarımız, iştirakçısı şahidi olduğumuz proseslər tarixin uğur inkişaf reallıqlarıdır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, ciddi uğurlara imza atmaqla tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Ölkə rəhbəri ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə, xalqımızın milli maraqlarına söykənən dövlətçilik kursuna sadiqliyi, çevik qərarları, xalqın ruhuna uyğun sosialyönümlü siyasəti ilə ümumxalq sevgisi qazanıb. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi