Dünya tarixinə öz adlarını qızıl hərflərlə yazan Azərbaycan əsgərləri və onların sayəsində 30 il sonra qovuşduğumuz Qarabağ torpaqları... Üstündən iki ildən çox keçməsinə baxmayaraq, 44 günlük zəfərimiz hələ də dünya gündəmində mühüm yer tutur. Vətən müharibəsində qazanılan bu şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına əldə olunub. Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır.
İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyini, sarsılmazlığını, xalqımızın "Dəmir yumruq" kimi birləşdiyini nümayiş etdirdi. Azərbaycanın bütün vətəndaşları vəhdət nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
Əlbəttə, güclü ordu nümunəsi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr edən Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun mövcudluğu, inkişafı, möhkəmlənməsi Ümummilli Liderin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Şübhəsiz ki, Heydər Əliyevin əvəzsiz xidmətləri nəticəsində ərsəyə gələn ordumuz Ulu Öndərin adını və əməllərini özündə daim yaşadacaqdır. Silahlı Qüvvələrin güc və ilham mənbəyi olan xalq və ordu birliyinin nəzəri və əməli bazasını təmin edə biləcək ən yaxşı örnək Azərbaycan xalqının müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən Heydər Əliyev irsidir.
Ulu Öndər hələ Sovet illərində respublikaya rəhbərlik etdiyi vaxtlarda hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırılıb. Elə buna görə də əməli-təşkilati işlərə vüsət verilib. Əgər Heydər Əliyevə qədər xidmət anlayışı sadəcə məcburiyyət demək idisə, ondan sonra bu, tamamilə dəyişib. Ulu Öndərin uğurlu siyasəti nəticəsində hərbi xidmət kişilik məktəbi, xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsi məktəbi kimi qəbul edilib.
Ümummilli Liderin layiqli davamçısı, siyasi lider İlham Əliyev daim öz ordusuna xüsusi diqqət, qayğı ayırıb. Ölkə başçımız Heydər Əliyevin qurduğu və miras qoyduğu irsə layiqli formada sahib çıxıb.
Təsadüfi deyil ki, 2021-ci ildə "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda ordumuz Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Bunun bünövrəsi hələ 2016-cı ildə Aprel döyüşləri zamanı qoyulub. Azərbaycan Ordusu cəmi 4 gün davam edən Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşadıb. Döyüş nəticəsində düşmənə ağır zərbə vuraraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Bundan 2 il sonra isə Günnüt zəfəri ilə bir daha ordumuz uğur qazanıb. Bunun nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Azərbaycan xalqı öz Prezidentinə və ordusuna daim etibar edir və arxalanır. Bunun nəticəsidir ki, cəmi 44 günə Arbaycan Ordusu doğma dədə-baba torpaqlarını düşmənin zəhərli pəncəsindən qurtarıb. Ordumuzun gücü dünyada dillər əzbəridir. Dünyanın hərbi analitik mərkəzləri müharibədə qazanılan qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.
Şübhəsiz ki, ordunun güclü olması onun Ali Baş Komandanının siyasətindən irəli gəlir. Prezident İlham Əliyev bu mənada uzaqgörən şəxsiyyətdir. Ölkə başçımızın tapşırığı ilə bu günə qədər Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulub və hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri aparılıb. Bundan sonra, Orduda