ZAMANIN FÖVQÜNDƏ DAYANAN QÜDRƏTLİ ŞƏXSİYYƏT
Siyasət

ZAMANIN FÖVQÜNDƏ DAYANAN QÜDRƏTLİ ŞƏXSİYYƏT

Roma imperiyası dövründə yaşamış tanınmış yunan tarixçisi filosofu Plutarxın məşhur bir kəlamı var: "Xalq üstəgəl şəxsiyyət bərabərdir azadlığa. Şəxsiyyətsiz azadlıq xəyaldır". Tarixi isə şəxsiyyətlər yaradır. Zaman keçdikcə böyük, qüdrətli şəxsiyyətlər zamanın fövqünə yüksəlir, mənsub olduğu xalqın, millətin adını özündə ehtiva edirlər.

Azərbaycan xalqının yetirdiyi ən böyük siyasi dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli dahi şəxsiyyətdir. Misilsiz inkişaf, yüksəliş, tərəqqi ili olan 2023- il çağdaş tariximizə həm "Heydər Əliyev İli" kimi daxil olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Sərəncamda ümummilli liderin dövlət xalq qarşısında tarixi xidmətlərinə nəzər salınmış, böyük strateqin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı müəyyənləşdirilmişdir. Proqram xarakterli tarixi Sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".

Xalqımızın ümummilli liderinin Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna xidmətləri vardır. Müdrik rəhbərin yorulmaz səyləri sayəsində ölkəmiz sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq mücadiləsi mərhələlərindən keçərək müstəqilliyini, dövlətçiliyini, suverenliyini, milli birliyini təmin etmişdir.

Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il xalqımızın ümummilli liderinin parlaq iradəsi zəngin fəaliyyəti ilə tariximizə "Heydər Əliyev erası" kimi həkk olunmuşdur. Həm sovet hakimiyyəti illərində, həm Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyevin idarəetmə quruculuq fəaliyyəti həmişə vahid sistem təşkil etmişdir. Dahi liderin idarəetmə sahəsində zəngin təcrübəsi deməyə əsas verir ki, Heydər Əliyevdən ötrü dövləti idarə etmək ilk növbədə ətaləti, köhnəliyi, yaxud köhnəlməkdə olan hər şeyi ardıcıl, məqsədyönlü, ağıllı elmi əsaslandırılmış şəkildə aradan qaldırmaq yenini perspektiv, mütərəqqi olanı təsdiq etmək zərurətidir.

1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycan yeni, işıqlı, perspektivli bir yola qədəm qoydu. Aydın nitqi, xalqla səmimi ünsiyyəti, tükənməz enerjisi, çıxış qərarlarındakı qətiyyət Heydər Əliyevi tezliklə insanların gözündə əsl rəhbərə çevirdi. Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına yeni nəfəs, coşqun ruh gətirdi.

Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, möhkəm iradəsi yüksək vətənpərvərliyi sayəsində keçmiş ittifaq respublikaları arasında geridə qalmış Azərbaycan çox qısa müddətdə sosial-iqtisadi, elmi-texniki, mədəni digər sahələrdə yüksək inkişafa nail oldu. Bütün göstəricilər üzrə geridə qalan, tənəzzül edən respublikamız sürətlə inkişaf edən bir məmləkətə çevrildi.

1969-1982-ci illərdə ölkədə ümumi daxili məhsulun həcmi dəfələrlə artdı. Heydər Əliyevin respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər inqilabi dəyişikliklərə səbəb oldu. Ümumilikdə, 125 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Neftayırma sənayesi yenidən qurularaq modernləşdirildi. Azərbaycan aqrar ölkədən inkişaf etmiş müasir sənaye respublikasına çevrildi. Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində əhalinin rifah halı yüksəldi. Xalqımızın milli mənlik şüuru oyandı, ürəklərdə azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Azərbaycanda yeni tarixi bir dövrün təməli qoyuldu.

XX əsrin sonlarında istiqlaliyyətimizin, milli dövlətçiliyimizin bərpasına gedən yol heç asan olmadı. Ermənistanın təcavüzü, xarici təzyiqlər daxili çəkişmələr üzündən bütün sahələri ağır böhran bürüdü, ölkə dərin tənəzzülə uğradı. Naşı, qətiyyətsiz, təcrübəsiz şəxslərin rəhbərliyi sayəsində Azərbaycan müstəqilliyini, dövlətçiliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdi.