ORDUN VARSA, YURDUN DA VAR
Siyasət

ORDUN VARSA, YURDUN DA VAR

26 iyun çağdaş tariximizdə ən əziz, unudulmaz günlərdən biridir. Artıq 25 ildir ki, bu müqəddəs tarix ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Mütəşəkkil, müasir, sivil ordunun yaranması müdrik rəhbər, əbədiyaşar lider Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətlərindən biridir.

Ulu öndər hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın dinamik inkişafı ilə yanaşı, ordu quruculuğuna, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə, hərbi peşələrə yiyələnməsinə qayğı göstərib. Xalqımızın dahi, uzaqgörən rəhbəri sovet rejiminin sərt qadağalarına, Kremlin hər cür təzyiqlərinə baxmayaraq, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmağa müvəffəq oldu.

Bu gün Azərbaycan Ordusunun bütün qoşun növlərində, birlik birləşmələrində C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri olan minlərlə peşəkar zabit Vətənə dövlətə sədaqətlə xidmət edir, vəzifə borclarını, yüksək məsuliyyətlə, şərəflə yerinə yetirirlər. Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq, şücaət göstərmiş ordumuzun yüksək zabit heyətinin böyük əksəriyyətini liseyin məzunları təşkil edir.

Ötən əsrin 90- illərinin əvvəllərini yaxşı xatırlayırıq. Yenicə müstəqilliyini qazanmış respublikamızda vəziyyət son dərəcə gərgin idi. Bütün sahələri bürüyən hərc-mərclik, anarxiya, böhran ordudan da yan keçməmişdi. Ölkədə mütəşəkkil, nizami, vahid komandanlığa tabe olan ordu demək olar ki, yox idi. Ayrı-ayrı batalyonlar, hərbi hissələr hansısa qüvvələrə, şəxslərə xidmət edirdi. Ulu öndərin dediyi kimi, həmin siyasiləşmiş ordu ilə Azərbaycan heç bir müharibə apara bilməzdi, çünki ordu müxtəlif siyasi cərəyanlara xidmət göstərirdi.

1993- ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Milli Məslisin iclasında xalqı səfərbərliyə çağıraraq demişdir: "Bəli, biz torpaqları qorumağı bacarmalıyıq, həm ordumuz olmalıdır, həm xalqımız ayağa qalxmalıdır, hamımız səfərbər olmalıyıq, ya ölməliyik, ya da Azərbaycanın müstəqilliyini sözlə yox, meydanlardakı çıxışlarla yox, cəbhədə təmin etməliyik, torpaqları geri qaytarmalıyıq".

Zəngin dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq idarəetmə bacarığına malik ümummilli lider ordu quruculuğuna xüsusi önəm verirdi. Müdrik rəhbərin yüksək diqqət qayğısı sayəsində ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar başlandı. İlk növbədə, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması qısa müddətdə başa çatdırıldı. Dövlətçiliyə sadiq, sədaqətli, hərbi andı hər şeydən uca tutan peşəkar zabitlər Müdafiə Nazirliyi sistemində, hərbi hissələrdə rəhbər vəzifələrə irəli çəkildilər. Ordunun mərkəzləşdirilmiş qaydada maddi-texniki təminatı yaxşılaşdırıldı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa zaman kəsiyində böyük inkişaf yolu keçdi.

Əsası ulu öndər tərəfindən qoyulan ordu quruculuğu, milli təhlükəsizlik siyasəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Ordunun müdafiə qüdrətinin döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.

Qüdrətli Azərbaycan Ordusu 2016- ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində gücünü, hünərini, yüksək peşəkarlığını bütün dünyaya göstərdi. Vətən müharibəsi XXI əsrin ən müasir müharibəsi idi. Ordumuz qısa müddətdə, cəmi 44 gün ərzində düşmənə sarsıdıcı zərbə endirərək torpaqlarımızı işğaldan azad etdi. Ölkəmizi qalib ölkə, xalqımızı qalib, məğrur xalq kimi dünyaya tanıtdırdı.

Bu günlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanışlığı, hərbi hissəyə Döyüş bayrağını təqdim etməsi hərbçilər qarşısında dərin məzmunlu nitqi ordumuzun yeni qələbələrə, zəfərlərə imza atacağına ümidləri daha da artırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi