20 avqust

Azərbaycanda olan hadisələr

1795 – Ağa Məhəmməd şah Qacar Ağdamdan Tiflisə yürüşə çıxıb.


Dünyada olan hadisələr

636 – Müsəlman ordusunun başında olan Xalid ibn əl-Vəlid, Yarmuk döyüşündə Bizanslıları məğlub edib, nəticədə Bizans İmperiyası Qüdsü və bütün Fələstini tamamilə itirib.

917 – I Simeonun komandanlığı altında olan Bolqarıstan ordusu Aheloy döyüşündə Bizanslıları məğlub edib.

1206 – Henri I Flandrskiy Latın İmperatorluğunun tacını qoymuşdur.

1619 – Hollandiyalılara aid bir gəmidə Amerikaya gətilən ilk 20 Afrika qaradərili Ceymstaun sakinlərinə qul (kölə) kimi satılmışdır.

1634 – Moskvada Vasili Burtsov tərəfindən ilk əlifba kitabı nəşr edilib.

1648 – Otuz illik müharibə (1618-1648) zamanı Fransız və İspan orduları arasında fransızların qələbəsi ilə başa çatan Lens Döyüşü (1648) baş verib.

1667 – Con Miltonun İtirilmiş “Cənnət adlı” epik poeması nəşr olunub.

1704 – İsveçin Narva qalası (indiki Estoniya ərazisində) I Pyotrun qoşunları tərəfindən hücumla ələ keçirilib.

1741 – İlk rus dəniz səyyahı, kapitan-komandor Vitus Bering tərəfindən Alyaska kəşf edilib.

1794 – Amerikalılar və hindu qəbilələri arasında "Düşmüş Ağaclar” döyüşü olmuşdur.

1794 – Böyük Polşa üsyanı (Kostyuşko üsyanı) başlayıb.

1809 – Rusiya-İsveç müharibəsi zamanı Ratan döyüşü baş verib.

1829 – Rus-Türk müharibəsi: Rus qoşunları Balkan dağlarını keçərək Adrianopolu (indiki Edirne) işğal ediblər.

1868 – ABŞ-da Şimal və Cənub Müharibəsinin (Vətəndaş müharibəsinin) bitdiyi rəsmən elan edilib.

1896 – Diskli telefon patentləşdirilib.

1897 – Ronald Ross malyariyanın törədicilərini kəşf edib.

1912 – Tomas Edison fonoqrafı və elektrik batareyasını patentləşdirib.

1916 – Avstriya kod sındıranları 38 saat ərzində İtaliya ordusunun yeni kodunu sındırıblar.

1918 – Antanta ölkələri Latviya, Litva və Estoniyanı tanıyıb.

1918 – Sovet Rusiyasında şəhərlərdə daşınmaz əmlaka xüsusi mülkiyyət ləğv edilib.

1918 – "Dünya Ədəbiyyatı" nəşriyyatı qurulub.

1922 – Moskvadan radio proqramlarının yayımı başlayıb.

1925 – Roma metrosunun ilk xətti açılıb.

1930 – Moskva Ali Texniki Məktəbinin aeromexanika fakültəsi əsasında yaradılan Ali Aeromexanika Məktəbi Moskva Aviasiya İnstitutuna çevrilib.

1939 – Sovet-Monqol qoşunlarının Xalxin-Göl çayında Yapon qoşunlarını məğlub etmək əməliyyatı olmuşdur.

1941 – İkinci Dünya Müharibəsi: Hitler “Fau” raketinin hazırlanmasını əmr edib.

1941 – İkinci Dünya Müharibəsi: Voyskovits yaxınlığındakı döyüşdə KV-1 tankının komandiri Zinoviy Q​riqoryeviç Kolobanov 22 tankdan ibarət alman tank kalonunu məhv etmiş və İkinci Dünya Müharibəsinin ən bacarıqlı Sovet tank döyüşçülərindən biri olaraq tarixə düşmüşdür.

1945 – SSRİ Ali Sovetinin Rəyasət Heyəti BMT-nin Nizamnaməsini təsdiq edib.

1951 – SSRİ-də DOSAAF (Ordu, Aviasiya və Donanmaya Könüllü Yardım Cəmiyyəti) yaradılıb.

1953 – Sovet İttifaqı hidrogen (atom) bombasının uğurlu sınaqlarını elan edib.

1956 – İngiltərənin ilk nüvə stansiyası olan “Calder Hall” nüvə elektrik stansiyası işə başlayıb.

1960 – Seneqal Mali ilə birlikdə qurduqları federal dövlətdən çıxdığını elan edib.

1968 – Dunay əməliyyatı başlayıb: Varşava Müqaviləsi ölkələrinin qoşunları Çexoslovakiyaya daxil olub.

1975 – “Vikinq” proqramı: NASA, Viking 1-i Marsa göndərib.

1975 – Dəməşq yaxınlığında Çexoslovakiyanın İl-62 təyyarəsi qəzaya uğrayıb, 126 nəfər həlak olub.

1977 – “Voyager” proqramı: ABŞ Günəş sisteminin uzaq planetlərini araşdırmaq üçün Voyager 2 kosmik gəmisini buraxıb.

1980 – İtalyan alpinist Reinhold Messner oksigen maskası istifadə etmədən ilk dəfə Everesti fəth edib.

1981 – "Al İtaliya" aviaşirkətinin Paris nümayəndəliyinin qarşısında "3 oktyabr erməni hərəkatı təşkilatı" partlayış törədib.

1983 – ABŞ SSRİ-yə boru kəmərlərinin tikintisi üçün avadanlıq tədarükünə embarqo qoyub.

1988 – İran-İraq müharibəsi başa çatıb (1980-1988).

1991 – Estoniya SSRİ-dən müstəqilliyini elan edib.

1998 – ABŞ-ın Afrikadakı səfirliklərinə edilən hücumlara cavab olaraq, ABŞ Hərbi Dəniz Qüvvələri qanadlı raketlərlə Sudan və Əfqanıstanda şübhəli terror infrastrukturuna hücum edib.

2002 – General Motors Corporation 2000-ci ildə istehsal olunan Chevrolet və GMC markalı pikaplarında və mikroavtobuslarında hava yastığı problemləri aşkar olunduğu üçün yeddi yüz min avtomobilin geri çağırıldığını elan edib.

2008 – Madriddə McDonnell Douglas MD-82 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 170 nəfərdən 154-ü həlak olub.

2009 – Hüseyn Bolt (Yamaykalı atlet) Atletika üzrə Dünya Çempionatında 200 metrlik məsafəni 19,19 saniyəyə qaçaraq dünya rekordunu yeniləyib.

2010 – Sankt-Peterburq şəhərinin enerji sistemində irimiqyaslı qəza baş verib.

2011 – First Air-in şirkətinin Boeing 737-200 yük-sərnişin təyyarəsi Kanadanın şimalında qəzaya uğrayıb və göyərtəsində olan 15 nəfərdən 12-si ölüb.


Bayramlar və xüsusi günlər

  • Estoniyada Müstəqilliyin Bərpası Günü.
  • Mərakeşdə İnqilab Günü.
  • Seneqalın Müstəqillik Günü.

Doğumlar

1377 – Şahruh, Teymurilər İmperiyasının üçüncü hökmdarı (ö. 1447).

1561 – Yacopo Peri, italyan bəstəkar və müğənni (ö. 1633).

1710 – Tomas Simpson, ingilis riyaziyyatçısı (ö. 1761).

1778 – Bernardo O'Higgins, inqilabçı, Çilidəki azadlıq hərəkatının lideri (ö. 1842).

1779 – Jones Berzelius, isveçli kimyaçı və mineralogist (ö. 1848).

1789 – Abbas Mirzə, iran taxt-tacının vəliəhdi, qəhrəman (ö. 1833).

1827 – Josef Şrauss, Avstriya bəstəkarı və dirijoru (ö. 1870).

1833 – Benjamin Harrison, ABŞ -ın 23 -cü Prezidenti (1889-1893) (ö. 1901).

1858 – Ömər Muxtar, liviyalı inqilabçı, italiyalılara qarşı müqavimət hərəkatının lideri (ö. 1931).

1860 – Raymon Puankare, fransız siyasətçi, Fransa prezidenti (1913-1920) (ö. 1934).

1898 – Leopold İnfeld, polşalı fizika nəzəriyyəçisi, akademik (ö. 1968).

1901 – Xan Şuşinski (İsfəndiyar Cavanşirov), Azərbaycanın xalq artisti, xanəndə (ö. 1979).

1909 – Olqa Rubtsova, sovet şahmatçısı, dördüncü dünya çempionu (ö. 1994).

1912 – Niyazi (Niyazi Tağızadə Hacıbəyov), görkəmli Azərbaycan bəstəkarı və dirijoru, SSRİ xalq artisti (ö. 1984).

1918 – Həsən Abdullayev, Azərbaycanın məşhur fiziki-alimi, dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik (ö. 1993).

1929 – Aydın Qaradağlı, azərbaycanlı məşhur radio diktoru (ö. 1980).

1938 – Jean-Lu Kretyen, fransız kosmonavtı, briqada generalı, Sovet İttifaqı Qəhrəmanı.

1941 – Slobodan Miloşeviç, Serbiya (1991-1997) və Yuqoslaviyanın (1997-2000) prezidenti (ö. 2006).

1944 – Rajiv Qandi, hindli siyasətçi, 1984-1989-cu illərdə Hindistanın Baş naziri (1991-ci ildə öldürülüb).

1966 – Fazil Mehdiyev, Azərbaycanın Milli Qəhrəmanı (ö. 1991).

1971 – Azad Əsgərov, azərbaycanlı qarışıq döyüş uzrə güləşçi, dünya çempionu.