Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim canımdadır, qanımdadır, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti mənim əlimdən ala bilməz.
Heydər ƏLİYEV,
Ümummilli lider.
Ulu öndər Heydər Əliyevin doğulduğu gün - 1923-cü il 10 may əslində uca Tanrının Azərbaycanın və Azərbaycan xalqının taleyinə yazdığı alın yazısı imiş. Həmin gün taleyinə doğulan günəşin işığı ilə Azərbaycan dörd tərəfini bürümüş qara buludları yarıb, işıqlı gələcəyə qovuşacaqmış...
Uca Yaradan Adəmdən bəri hər qövm üçün, hər xalq üçün onun içindən bir insanı seçib ona bilik, mənəvi zənginlik, dərin zəka, fitri istedad və qabiliyyət bəxş edir, onu əzəmətli və zəhmli edir və şöhrət qazandırır, ölkənin asayişini, xalqın yaşayışını və müqəddəratını ona etibar edir... O insanın dərin təfəkkürü, dünyagörüşü, elmi, ağlı və zəngin biliyi, adi insanların dərk edə bilməyəcəyi dərəcədə elə bir yüksək səviyyədə olur ki, o, günəşə bənzəyir! Xalq onun nuru ilə zülmətdən xilas olur!
Dahi şəxsiyyətlər adi insanlardan fərqli olaraq zaman-zaman yaddaşlara həkk olur, əbədiyaşar bir varlığa çevrilirlər. Bəşər tarixinin XX əsrində uca Tanrının Türk dünyasına bəxş etdiyi o dahi şəxsiyyət haqqın, ədalətin rəmzi, milli-mənəvi, bəşəri dəyərləri özündə ehtiva edən, dünyanın siyasət korifeylərinin gözlərini qamaşdıran və düşmənləri kor edən Heydər Əlirza oğlu Əliyevdir!
500 il bundan əvvəl yağı düşmənlər əlində parçalanmış Azərbaycanı birləşdirən və müstəqilliyini bütün dünyaya qəbul etdirən Şah İsmayıl Xətainin dövründən sonra yenə də parçalanmış, tayfalara bölünmüş, vətəndaş müharibəsinə sürüklənmiş, son nəfəsini yaşayan, hegemon dövlətlər tərəfindən pay-pürüş edilməyə hazırlanmış Azərbaycana ruh verib onu canlandıran ulu öndər Heydər Əliyev öz gücü və iradəsi ilə dünyaya qarşı dayanaraq iradəsi sındırılmış, torpaqları işğal edilmiş bu məsum xalqı ölüm-dirim savaşına qaldırdı. Azərbaycan xalqının haqqını özünə qaytardı, öz tarixinin, öz taleyinin, öz dövlətinin, öz ərazisinin, yerüstü, yeraltı sərvətlərinin sahibi etdi... Azərbaycanı öz adı, öz bayrağı, öz ordusu, öz milli mənəviyyatı ilə dünya dövlətləri sırasına salan, xalqın şanlı tarixini yazaraq özünü özünə tanıdan, keçmişi ilə gələcəyini birləşdirərək bu gününü yaradan və bütövlükdə Azərbaycan xalqını yox olmaqdan xilas edib, müstəqil Azərbaycan dövləti quran Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır...
Düşünürəm ki, dünya xalqlarının nümayəndələri də Heydər Əliyev kimi planetar təfəkkürlü liderinin və dahi şəxsiyyətinin olmasını arzu edirlər. Bunu görkəmli siyasətçilərin, dövlət xadimlərinin və sadə insanların səmimi etirafları da təsdiq edir. Azərbaycanofobiyanı və türkofobiyanı özləri üçün ideologiyaya çevirənlər isə ümumbəşəri ideyaların daşıyıcısı olan iderlərinin olmamasının acı nəticələrini hələ çox hiss edəcəklər. Təsadüfi deyildir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı zamanı öz xalqına çağırış etmişdi: "Dağlıq Qarabağ haqqında söz-söhbətləri dayandırın. Görəcəyimiz işlərin heç biri bir nəticə verməyəcəkdir. Çünki Heydər Əliyev yenidən hakimiyyətə gəlmişdir". O vaxt ulu öndər apardığı uzaqgörən və müdrik siyasəti ilə Qarabağ probleminin ədalətli həlli məsələsində Ter-Petrosyana yalnız bir çıxış yolu qoyulmuşdu: O, yalnız "hə" deməli idi. Siyasət meydanında uduzduqlarını görən ermənilər və onların havadarları vəziyyətdən çıxış yolunu Ter-Petrosyanın istefasında gördülər və buna da nail oldular.
Lakin ulu öndər Heydər Əliyev öz ədalətli və prinsipial mövqeyi ilə ermənipərəst qüvvələri fakt qarşısında qoydu, yenidən Qarabağ probleminin həllini Ermənistan Respublikasının parlamenti səviyyəsində gündəmə gətirdi. Artıq Qarabağ problemi parlament səviyyəsində öz həllini tapmalı idi. Lakin burda da çıxış yolu tapmayan ermənilər və havadarları vəhşilik edərək