Azərbaycanda olan hadisələr
1906 — Azərbaycan müəllimlərinin I qurultayı keçirilmişdir.
1992 — Azərbaycanın milli pul vahidi – manat dövriyyəyə buraxılmışdır.
1993 – Azərbaycanda ierarxiyay görə ən yuxarı səviyyəli milli domen .az tətbiq edilməyə başlamışdır.
1994 — Azərbaycan Respublikası Sinqapur ilə diplomatik əlaqələr qurmuşdur.
Dünyada olan hadisələr
797 – Bizans İmperatoru İrina oğlunu və onun hakimiyyət ortağı VI Konstantini devirmiş və Bizansın tək hakimi olmuşdur.
1080 – Qarsın alınması.
1261 – Bizans İmparatoru VIII Mihail Paleologosun Konstantinopolda tacqoyma mərasimi keçirilb.
1461 – Fatih Sultan Mehmet Trabzonu tutub. Bununla da Trabzon İmparatorluğu süqut edib.
1498 – Kristofer Kolumb üçüncü səfərində Qrenadanı kəşf edib.
1519 – Mərkəzi Amerikada bir hindu balıqçı kəndinin yerində adı "çox, çox balıq" mənasını verən Panama şəhərinin əsası qoyulub.
1535 – Paraqvayın Asuncion şəhərinin əsası qoyulub.
1540 – Perunun Arekipa şəhərinin əsası qoyulub.
1717 – Rusiya, Fransa və Prussiya arasında Amsterdam müqaviləsi imzalanıb.
1795 – Fransada yeni valyuta – frank tətbiq edilməyə başlanılıb.
1799 – Suvorovun komandanlığı altında Rus -Avstriya qoşunları Novi döyüşündə Fransa ordusunu məğlub etmişdir.
1808 – İngiltərənin Yaponiya ilə diplomatik və ticarət əlaqələri qurmaq cəhdi yaponların rədd cavabı ilə uğursuzluqla nəticələnmişdir.
1810 – Napoleonun qələbələrinin şərəfinə Parisdə Vendom Sütunu tikilmişdir.
1835 – Fırlanan barabanlı paltaryuyan maşın patentləşdirilib.
1845 – Rusiyada “Cinayət və İslah Cəzaları Məcəlləsi” nəşr edilib.
1848 – Sirakuzalı (New York) Uold Hençet stomatoloji kreslosunu patentləşdirib.
1866 – Ottava Kolleci universitetə çevrilib.
1877 – Amerikalı ixtiraçı Tomas Edison Pittsburgh Teleqraf Şirkətinin Prezidentinə yazdığı məktubda telefonla ünsiyyət qurarkən "hello" sözünü salamlaşmaq olaraq istifadə etməyi təklif etdi (Bu söz Rusiyada "allo"ya çevrildi). Elə həmin gün Edison dünyanın ilk səs yazısını etdi – "Mary had a Little Lamb" mahnısı yazıldı.
1893 – Beynəlxalq arbitraj ABŞ-a Kanada sularında balıq tutduğuna görə Kanadaya 478 min dollar cərimə ödəməyi əmr etmişdir.
1908 – Prussiyada qadınların universitetlərə daxil olmasına icazə verilib.
1914 – İlk gəmi Panama kanalından keçib (kanalın rəsmi açılışı yalnız 12 iyun 1920-ci ildə baş tutub).
1918 – ABŞ və Sovet Rusiyası arasında diplomatik münasibətlər kəsilib. Bu gün və ertəsi gün Amerika qoşunları Antanta ölkələrinin Rusiyaya müdaxiləsinin başlanğıcı kimi qiymətləndirilən Vladivostoka daxil olması baş vermişdir.
1920 – Sovet-Polşa müharibəsi zamanı Polşa Varşava Döyüşündə qalib gəlmişdir.
1921 – Cenevrədə, dənizçi Fridtjof Nansenin rəhbərliyi altında aclıq çəkən Rusiyaya kömək mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
1935 – Üzərində svastika işarəsi olan bayraq Almaniyanın dövlət bayrağı olaraq təsdiq edilib.
1935 – Adolf Hitler alman-yəhudi evliliklerini qadağan etmişdir.
1936 – İspan solçuları tərəfindən 733 keşiş edam edilib.
1939 – Almaniyada ən kütləvi hava qəzalarından biri baş verib: aşağı buludlu şəraitdə nümayiş bombardmanı zamanı bir -birinin ardınca uçan 13 ədəd Junkers Ju 87 bombardmançı təyyarəsi yerə çırpılıb.
1944 – Amerika-Fransız qoşunlarının Fransanın cənubuna daxil olması əməliyyatı başlamışdır.
1944 – Alman qoşunlarının Ziqfrid xəttinə çəkilməsinin başlanğıcı.
1945 – II Dünya müharibəsi: Japoniya teslim oldu.
1946 – Sov.İKP Mərkəzi Komitəsinin plenumunda A.Jdanov "Qərb qarşısında xidmətə" qarşı müharibə elan etmişdir.
1947 – Hindistan iki əyalətə bölündü – Pakistan və Hindistan Birliyi. Cəvaharlal Nehru Hindistanın Baş naziri oldu.
1947 – Pakistanın qurucusu Muhammed Ali Cinnah, genereal-qubernator olaraq Karaçide and içdi ve vəzifəsinin icrasına başladı.
1948 – Milli Məclisə seçkilərdən sonra Prezident Lee Sın Man başda olmaqla Koreya Respublikası (Cənubi Koreya) elan edildi.
1951 – Nazım Hikmet Türk vətəndaşlığından çıxarılıb.
1956 – SSRİ-də Lenin mükafatlarının təqdimatı bərpa edildi (Stalin mükafatları əvəzinə).
1958 – Xabarovsk yaxınlığında SSRİ-də o vaxt üçün ən böyük və ilk reaktiv təyyarə qəzası baş verib. Tu-104-ün qəzaya uğraması nəticəsində 64 nəfər həlak olub.
1960 – Konqo Respublikası Fransadan müstəqilliyini elan etib.
1971 – ABŞ Prezidenti Richard Nixon ABŞ dollarının qızıl dəstəyinin sona çatdığını elan etib.
1972 – Efiopiya Rodeziyanın iştirakına etiraz olaraq Münhen Olimpiadasında iştirak etməkdən imtina edib.
1973 – ABŞ, Kambocanın hava bombardmanını tamamlayaraq, Hind -Çindəki hərbi əməliyyatlarda birbaşa iştirakını dayandırdı.
1974 – Kıbrıs Hərəkatı: Türk ordusu adanın ən böyük 2-ci şəhəri olan Mağusaya girmişdir.
1975 – Banqladeşdə prezident Mujibur Rəhmanın bütün ailə üzvləri ilə birlikdə öldürülməsi ilə nəticələnən hərbi çevriliş baş verib.
1977 – SETI layihəsi çərçivəsində "Wow!" Siqnalı alınıb.
1984 – PKK, Hakkari ve Şırnak əyalətlərinin Eruh ve Şemdinli kəndlərinə hücum edərək silahlı hərəkata başlamışdır.
1986 – Türk döyüş təyyarələri İraq ərazisinə girərək PKK düşərgələrini bombalayıb.
1990 – Viktor Soy avtomobil qəzasında həyatını itirib.
1991 – SSRİ ərazisində Yeni Birlik Müqaviləsinin layihəsi nəşr olunmuşdur.
1994 – O vaxt dünyanın ən məşhur terrorçusu olan, Çaqqal Karlos kimi tanınan İliç Ramirez Sançez, Sudanda xüsusi xidmət orqanları tərəfindən yaxalanaraq Fransaya gətirilmişdir.
2007 – Peruda 514 nəfərin ölümü ilə nəticələnən 8.0 bal gücündə zəlzələ baş vermişdir.
Bayramlar və xüsusi günlər
- Hindistanın Müstəqillik Günü.
- Kanadanın Yeni Şotlandiya Vilayətinin Milli Günü.
- Konqo Respublikasının Müstəqillik Günü.
- Koreya Xalq Demokratik Respublikasının Qurtuluş Günü.
Doğumlar
1750 – Pierre Silvain Marechal, fransız filosofu, yazıçı, siyasətçi (ö. 1803).
1769 – Napoleon I Bonapart, Fransa imperatoru (1804-1815) (ö. 1821).
1771 – Walter Scott, Şotland yazıçısı (ö. 1832).
1772 – Johann Melzel, Alman mexanik, pianoçu və müəllim (ö. 1838).
1784 – Qasım bəy Zakir, Azərbaycanın görkəmli şairi, satiriki, eləcə də lirik və tənqidçisi (ö. 1857).
1785 – Tomas de Kvinsi, ingilis yazıçısı (ö. 1859).
1787 – Alexander Alyabyev, rus bəstəkarı ("Bülbül" romansı), Pianoçu, dirijor (ö. 1851).
1807 – Jül Qrevi, Fransız dövlət xadimi, Fransa Prezidenti (1879-1887) (ö. 1891).
1810 – Laurinas İvinskis, Litvalı yazıçı (ö. 1881).
1858 – Edit Nesbit, İngilis yazıçı və şair (ö. 1924).
1863 – Aleksey Krılov, gəmi inşaatçısı, mexanik, riyaziyyatçı, akademik, Sosialist Əməyi Qəhrəmanı (ö. 1945).
1867 – Səttarxan, 1905-1911-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, xalq qəhrəmanı, Təbrizin Əmirəqız məhəlləsi mücahidlərinin başçısı və “Həqiqət” Əncüməninin üzvü (ö. 1914).
1867 – İsmayıl xan Ziyadxanov, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat.
1872 – Şri Aurobindo, hind filosofu, şair, inqilabçı və Hindistanda milli azadlıq hərəkatının təşkilatçısı, yogi, guru, İnteqral Yoqanın qurucusu (ö. 1950).
1878 – Raisa Kudaşeva, Rus Sovet yazıçısı, şairə, «В лесу родилась ёлочка» mahnısının sözlərinin müəllifi (ö. 1964).
1890 – Jak İber, fransız bəstəkarı (ö. 1962).
1892 – Lui de Broyl, elektronların dalğa təbiətini kəşf edən fransız fiziki, Nobel mükafatı laureatı (1929) (ö. 1987).
1893 – Alexandr Qauk, dirijor, bəstəkar, RSFSR xalq artisti (ö. 1963).
1896 – Qerti Tereza Kori, Avstriyalı-Amerikalı biokimyaçı, Fiziologiya və Tibb üzrə Nobel mükafatı laureatı (1947) (ö. 1957).
1909 – Yuriy Neprintsev, Sovet rəssamı ("Döyüşdən sonra istirahət", "Leninqradlılar" və s.) (ö. 1996).
1910 – Leonid Düşkin, sovet alimi və ixtiraçısı, reaktiv mühərriklərin konstruktoru (ö. 1990).
1917 – Vladimir Şagin, Sovet voleybolçusu, dünya çempionu (1949, 1952), Avropa çempionu (1950, 1951) (ö. 1996).
1919 – Sergey Kovalyov, Rubin Dəniz Mühəndisliyi Mərkəzi Kontriksiya Bürosunun baş konstruktoru, akademik, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (ö. 2011).
1919 – Viktor Merjanov, pianoçu, SSRİ xalq artisti, Moskva Konservatoriyasının professoru (ö. 2012).
1923 – Ənvər Məmmədov, Sovet dövlət xadimi, diplomat, jurnalist, Nürenberq prosesinin canlı iştirakçısı, inanılmaz bioqrafiyaya malik fantastik insan, mərkəzi televiziyanın “Mister İks”i.
1923 – Sürəyya Kərimova, Azərbaycan SSR-in pambıq ustası, Qəhrəman Ana, Sosialist Əməyi Qəhrəmanı.
1925 – Münir Özqul, Türk aktyoru (ö. 2018).
1926 – Kostis Stefanopoulos, Yunanıstan Prezidenti (1995-2005) (ö. 2016).
1931 – Mikael Tariverdiev, bəstəkar, filmlər üçün musiqi müəllifi, RSFSR Xalq artisti (ö. 1996).
1935 – Waldemar Bashanovsky, Polşa ağır atleti, iki qat Olimpiya çempionu (ö. 2011).
1945 – Begüm Halide Ziya, Bənqladeşin ilk qadın Baş naziri. 1991-1996 və 2001-2006-cı illərdə Baş nazir olub.
1948 – Selami Şahin, Türk musiqiçisi.
1950 – Şahzadə Anna, Böyük Britaniya Kraliçası II Yelizavetanın qızı.
1955 — Afaq Bəşirqızı, Azərbaycanın görkəmli teatr və kino xadimi, gülüş ustası, Azərbaycan Respublikasının Xalq artisti.
1955 – Əli Laraed, Tunisli siyasətçi, Tunisin Baş naziri (2013 -cü ildə).
1963 – Alexandro Qonzales İnyarritu, Meksikalı rejissor, dörd Oskar mükafatı laureatı.
1978 – Lilia Podkopaeva, ukraynalı gimnast, Olimpiya çempionu (1996).
1983 – Timati (əsl adı Timur Yunusov), rus hip-hop sənətçisi.