İNSANLARIN SAĞLAMLIĞININ QORUNMASI ULU ÖNDƏR ÜÇÜN ƏSAS MEYAR İDİ
Siyasət

İNSANLARIN SAĞLAMLIĞININ QORUNMASI ULU ÖNDƏR ÜÇÜN ƏSAS MEYAR İDİ

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridirHeydər Əliyev rəhbərlik etdiyi dövrlər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev zamanı kimi əbədi həkk olunmuşdur. Bütün həyatı boyu öz xalqının xoşbəxtliyi əmin-amanlığı naminə yorulmadan çalışan Heydər Əliyev deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub.    Bu yolda bütün gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib".

Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət qayğısı, dəyərli töhfələri sonsuz olmuşdur. Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu etibarlı silahdaşı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftalmoloq-alimAzərbaycan Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva da o dövrdə Azərbaycanda təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələlərin həlli yollarını birgə axtarırdılar. Tibbi-sosial problemlərdən mümkün çıxış yollarını arayanda bu müdrik, fenomen rəhbərlə məsləhətləşirdilər. Heydər Əliyev isə öz müdrikliyi, dünyagörüşü uzaqgörənliyi ilə bütün məsələlərdə real çıxış yolu tapırdı.

Bu baxımdan Azərbaycanda hər bir sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvəsini sərf edən Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri məhz səhiyyənin inkişaf etdirilməsi, insanların sağlamlığının təşkili ən ümdə məsələlərdən olmuşdur. Ulu öndər əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başlamışdı. Səhiyyə idaretməsindəki neqativ halların qarşısının alınmasında uğurlar qazanıldı. Bu isə cəmiyyətimizin sağlamlaşdırılması, ayrı-ayrı insanların sağlamlığının təminatçısına çevrildi. Mövcud yararsız tibb müəssisələri abadlaşdırılmağa başlandı, yeni mühüm səhiyyə ocaqlarının tikintisinə start verildi. Məhz Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiyaElmi-Tədqiqat Oftalmologiya Elmi-Tədqiqat Onkologiya institutları, uşaq poliklinikaları s. tibb ocaqlarının inşası ulu öndərin uzaqgörənliyi şəxsi nüfuzu nəticəsində reallaşmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin qabaqcıl ali tibb təhsili ocaqlarında həkim kadrlarının hazırlığına, həm tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə münbit şərait yaradıldı. Bəli, yalnız ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər yüksək reytinqli ali məktəblərə oxumağa göndərildi. Sonralar tibb elmimizin fəxri kimi, vətənimizə qayıdaraq, səhiyyəmizin inkişafına dəyərli töhfələr verirdilər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Bəli, fəxarət hissi ilə deyə bilərik ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri məhz insanların sağlamlığının keşiyində layiqincə duranAzərbaycan səhiyyəsinin tibb elminin inkişafı üçün mükəmməl savadlı, dərin bilikli, əsl peşəkar vətənpərvər həkim kadrlarının hazırlanması olubFenomen