Dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesinin baş tutması özlüyündə çox böyük bir tarixi hadisədir.
Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azadlıqlarına qovuşdular. Azərbaycan tərəfi isə erməniəsilli 32 hərbçini qarşı tərəfə təhvil verib. Əvvəllər Ermənistan tərəfindən əsgərlərimizə qarşı irəli sürülən ittihamların əsassız olması faktı öz yerini tapdı. Xatırladaq ki, Azərbaycan hərbçiləri Ermənistan ərazilərinə azaraq keçmişdilər. Bu səbəbdən hərbçilərimizin ittiham edilməsi qəbuledilməz idi.
Onu da qeyd edək ki, Ermənistan iki azərbaycanlı hərbçi ətrafında siyasi şou qurmağa çalışırdı. Daha əvvəl bunu Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi hadisəsində də nümayiş etdirmişdilər. Amma bu dəfə hər iki tərəfin müsbət impulslarının şahidi olduq. Azərbaycanın qətiyyəti və siyasi iradəsi, Prezident İlham Əliyevin səyləri nəticəsində bu proses reallaşdı. Bir daha sübut olundu ki, hər bir Azərbaycan vətəndaşının taleyi ölkə başçısı üçün prioritet məsələdir.
Tural İSMAYILOV,
politoloq.