105 il əvvəl 1918-ci ilin 31 mart - 1-2 aprel günlərində xalqımıza qarşı, dinc əhaliyə, uşaq, qadın, qoca, şikəst demədən silahlı daşnak-bolşevik nizami qoşun birləşmələri, dəstələri tərəfindən kütləvi qətliamlar, görünməmiş işgəncəli qırğınlar, soyqırımı törədilmişdir. Dinc əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılıb, süngü ilə dəlmə-deşik edilib, gənc qadınlar diri-diri divara mıxlanıb, tövlələrə, məscidlərə doldurularaq diri-diri yandırılıb, hamilə qadınların qarnı xəncərlə cırılıb və bunlar kimi ən ağlagəlməz üsullarla on minlərlə əliyalın soydaşlarımız məhv edilib. Xalqımıza məxsus tarixi özündə əks etdirən nadir tarixi və mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar, xəstəxanalar, məktəblər, kəndlər yandırılıb, dağıdılıb, yerlə-yeksan edilib.
Bu misli görünməmiş, insanlığa, bəşəriyyətə qarşı törədilən kütləvi qətliamlar demək olar ki, Azərbaycanın bütün ərazilərində baş verib. Bakıyla yanaşı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Xaçmaz,İrəvan, Şirvan, Hacıqabul, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilib. Bununla da kifayətlənməyən azğınlaşmış daşnak quldur dəstələri bolşeviklərin himayəsi və dəstəyi altında öz qanlı əməllərini 1918-1920-ci illərdə Qarabağın dağlıq ərazilərindəki kəndlərində eyniliklə davam etdirmişlər. Bu tarixi cinayətlər cəzasız qaldığına görə, 1987-1991-ci illərdə azərbaycanlıları yenə də milli və dini mənsubiyyətinə görə indiki Ermənistan adlanan öz əzəli torpaqlarından ermənilər həmin azğın üsullarla, zorla, silah gücünə, qətliamlar, müxtəlif işgəncələr nəticəsində çıxarmışlar. Yenə dünya birliyinin susqunluğundan istifadə edən erməni-rus hərbi birləşmələri öz çirkin əməllərinin davamı olaraq 1990-cı ilin 19-20 yanvar günlərində əsasən Bakıda, Neftçala, Lənkəran və digər yerlərdə, eləcə də 26 fevral 1992-ci ildə Xocalıda, Malıbəyli, Daşaltı yaşayış məntəqələrində əliyalın, dinc azərbaycanlıların qırğınına nail olmuşlar.
Qeyd edim ki, taleyimizə qara hərflərlə yazılmış, sadalanan tarixi hadisələr - 1918-1920-ci illər, təzəcə yaranmış, daha doğrusu yaranmaqda olan Azərbaycan Xalq Cümhuriyyətinin, 1987-1991-ci illər, tərkibində olduğumuz SSRİ imperiyasının dağılmaqda olan ərəfəsi, 1991-ci və sonrakı illər isə Müstəqil Azərbaycan üçün siyasi və hərbi baxımdan olduqca zəif dövrlər olub ki, bu məqamlar da erməni təcavüzkarlarının xeyrinə işləyən faktorlar idi. Göründüyü kimi, ermənilər qonşuluqda pusquda duraraq mənfur, xəyanətkar niyyətlərini davam etdirmək üçün daim fürsət güdmüşlər.
Lakin 1993-cü ildə ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan Dövlət olaraq dünyada öz siyasi mövqeyini möhkəmləndirməyə başladı. Ümummilli liderimiz buna xarici ölkələrə saysız-hesabsız işgüzar səfərlər edərək coğrafi xəritələrlə, tarixi sənədlərlə əyani şəkildə dövlət başçılarına, getdiyi ölkələrin ictimaiyyətinə həqiqətləri çatdıraraq, dünya dövlətləri ilə beynəlxalq əlaqələri yaradaraq, dövləti gücləndirməyə nail olmuşdur. Bununla yanaşı, ölkənin hərbi gücünü artırmaq məqsədilə ordu quruculuğunu təmin etmiş, hərbi sənayesini yaratmış, əhali arasında milli ruh yüksəkliyi, özünəinam atmosferi yaratmağı bacarmışdır. Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı da məhz millətimizə qarşı tarixdə törədilmiş soyqırımı hadisəsinə verilmiş siyasi qiymətdir. Eləcə də özündə dərin mənalı, tarixi həqiqətləri ehtiva edən bu fərman dünya ictimaiyyətinə xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsinə işıq salmaq imkanı verən hüquqi əsaslı sənəddir.
Ulu öndərin bu geniş, dərin və xalqımızın, dövlətimizin uğurlu gələcəyinə hesablanmış siyasi qərarları bir neçə ildən sonra artıq onun layiqli siyasi varisi olan cənab İlham Əliyev tərəfindən məntiqi nəticələr verməyə başladı.
Yüz illər boyu xalqımıza yalnız milli və dini mənsubiyyətinə görə düşmən kəsilən və fürsət tapdıqca sahiblərinin kö