1999-cu il aprelin 30-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır
Azərbaycanda ordu quruculuğunun formalaşması və hərb elminə olan maraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda milli hərbi kadrların hazırlanması məqsədilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. SSRİ rəhbərliyi Heydər Əliyevin belə bir qərar verməsinə qarşı çıxsa da, lakin ulu öndəri öz məqsədindən geri döndərə bilmədilər.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkə rəhbəri seçilən ümummilli liderin qarşısında duran ən ümdə məsələlərdən biri də Silahlı Qüvvələrin daha müasir səviyyədə formalaşması və Müdafiə Nazirliyinin tabeçiliyi altında yüksək döyüş peşəkarlığına sahib olan döyüşçülərin yetişdirilməsi idi. Bunun məntiqi nəticəsi kimi 24 il əvvəl 1999-cu il aprelin 30-da Heydər Əliyev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması haqqında Fərman imzalayıb. XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsində döyüşmüş hərbi gizir və zabitlər yaxından iştirak ediblər. Həmçinin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri də mühüm rol oynayıblar. Heydər Əliyevin imzaladığı tarixi fərmanın Azərbaycan dövləti, ordusu və xalqı üçün nə dərəcədə mühüm olduğunu 2016-cı il Aprel döyüşlərində və Vətən müharibəsində bütün dünya müşahidə edib. Hər iki savaşda Azərbaycan xalqına şəhid, qazi və Milli qəhrəmanlar bağışlayan XTQ komandan general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsas güc mənbəyi sayılır.
1988-ci illərin sonlarından başlayaraq Ermənistanın ərazi iddiası torpaqlarımızın 20 faizinin işğalına, 1 milyondan artıq soydaşımızın dədə-baba torpaqlarından didərgin düşməsinə səbəb olmuşdu. Ermənistanla Azərbaycan arasındakı münaqişəni tənzimləmək üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupu 30 ilə yaxın müddətdə heç bir praktiki addım atmayaraq işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamışdı. Uzanan danışıqlar prosesi, faydasız görüşlər Ermənistan hərbi-siyasi rəhbərliyinin mənafeyinə və maraqlarına xidmət edirdi. BMT-nin məlum 4 qətnaməsini icra etmək əvəzinə, işğal etdiyi torpaqlarda möhkəmlənib hərbi təyinatlı mühəndis-istehkam qurğuları qurmaqla öz müdafiə xəttini gücləndirərək beynəlxalq hüquq və normaları ayaqlar altına atırdı.
2003-cü ildə Prezident seçilən İlham Əliyev Ali Baş Komandan kimi qarşısına qoyduğu ilk vəzifə ordu quruculuğunu daha da təkmilləşdirib torpaqlarımızı işğaldan azad edərək suveren ərazilərimizin bərpasına nail olmaq idi. Ulu öndərin hərb sahəsində gördüyü işləri yüksək peşəkarlıqla davam etdirən dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasını dünyanın ən qabaqcıl ölkələrinin müdafiə sənayesi məhsulları ilə zənginləşdirərək bu gün ordumuzu NATO standartlarına cavab verən səviyyəyə çatdırıb.
Silahlı Qüvvələrin əsas gücü sayılan Xüsusi Təyinatlıların inkişafına xüsusi qayğı göstərən Ali Baş Komandan onların həyat tərzi, fəaliyyəti və təchizatını daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Xüsusi Təyinatlıları Türkiyə, Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib, bu ölkələrin hərbi akademiyalarında təhsil alırlar. Akademiyalarda kursantlara günlərlə ac və susuz qalmağı, lazım gəldikdə çöl heyvanlarından qidalanmağı öyrədirlər. Bu günə qədər Azərbaycan Xüsusi Təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda ilk yerlərə çıxıblar. Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətinə gəlincə bura üzv seçilmək hər kəsə nəsib olmur. XTQ üzv seçilmək hüququ qazanmaq üçün bura müraciət edən hərbçilərdən yüksək səviyyədə döyüş bacarığı, kəşfiyyat və düşmən arxasına keçmə, çətin iqlim şəraitində həyatda qalma, mühəndislik qabiliyyəti, sərrast atəş açma, psixoloji dözümlülük, dalğıc bacarığı, tibbi biliklər və sair tələb olunur.
1999-cu ildə yaradılan Xüsusi Təyinatlı Qüvvələr 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük döyüşlərdə məğlubedilməz olduqlarının ilk siqnallarını vermişdilər... Döyüşlər zamanı şəhidlər verilsə də, qarşıya qoyulan tapşırıqlar icra olunaraq və Aprel döyüşlərinin rəmzi sayılan Lələtəpə