BMT-nin Cenevrədə yerləşən bölməsində “ASAN xidmət”in və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliklərinin təşkilatçılığı, eləcə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və BMT-nin Qadınlar bölməsinin dəstəyi ilə “Tərəqqiyə aparan yol: Effektiv dövlət xidməti və qadınların cəlb olunmasının dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında qarşılıqlı əlaqəsi” adlı paralel tədbir keçirilib.
23 iyun “ASAN radio”nun məlumatında bildirilir ki, tədbir BMT-nin İnsan Hüquqları Şurasının 53-cü sessiyası çərçivəsində baş tutub və 23 İyun - BMT Dövlət Xidmətləri Gününə həsr edilib.
Tədbirin açılışında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) icraçı direktoru Nixil Set və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bölmə rəhbəri Tod Holand çıxış ediblər.
“Respublika”.