Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyi ilə birgə mətbuat konfransında çıxış edib.
“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, mətbuat nazir Hakan Fidan çıxışında Türkiyənin Aİ-yə üzv olmasından danışıb:
“Türkiyənin Aİ-yə üzvlüyünə yolun açılması çox vacibdir. Cənab Prezident də buna diqqət çəkdi. Türkiyəni bu prosesə buraxmamaq böyük səhv olardı. Aİ sədaqət müqaviləsinin tələblərini yerinə yetirməlidir”.
“Yaşadığımız zəlzələdən sonra göstərilən həmrəylik bizim üçün çox vacib idi. Ümid edirəm ki, bu inkişaf münasibətlərin bütün aspektlərinə təsir edəcəkdir. Bu gün biz üzvlük haqqında qərarımızı təsdiq etdik”,- deyə Hakan Fidan sözlərinə əlavə edib.
Musa Bağırlı,
“Respublika”.