Azərbaycanda olan hadisələr
1992 — Azərbaycan Respublikası Portuqaliya ilə diplomatik əlaqələr qurmuşdur.
Dünyada olan hadisələr
1326 – Moskvada Kremlin yerində ilk dəfə daş məbəd tikilmişdir (Müqəddəs Məryəm Fərziyyəsi Kilsəsi).
1578 – El-ksar-el-Kəbirə yaxınlığında tarixdə “3 kralın döyüşü” kimi yadda qalan döyüş olmuşdur. Bu döyüşdə hər 3 kral öldürülmüşdür. Bu döyüşün nəticəsi olaraq 2 ildən sonra Portuqaliya öz müstəqilliyini itirmişdir.
1662 – Moskvada Mis üsyanı baş vermişdir.
1783 - Rusiya və Gürcüstan Şərqi Gürcüstan üzərində Rusiya protektoratı quran Georgievsk müqaviləsini imzalamışlar.
1789 - Fransa Milli Məclisi ruhanilərin və zadəganların mülkiyyət imtiyazlarının çoxunu ləğv etmişdir.
1791 - Osmanlı İmperiyası ilə Avstriya arasında Ziştovi Sülh Müqaviləsi imzalanmışdır.
1870 - Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı yaradıldı.
1902 - Temza çayının altından Greenwich Piyada Tuneli açılmışdır.
1903 – Makedoniya üsyançıları Kruşevo şəhərində Makedoniyanın müstəqilliyini elan etmişlər. Bu müstəqillik 10 gün davam etmişdir.
1912 – La-Manş boğazı üzərindən ilk sərnişin təyyarəsinin uçuşu həyata keçirilmişdir. Bu təyyarədə 2 sərnişin var idi.
1914 - Birinci dünya müharibəsi gedişi zamanı Böyük Britaniya Almaniyaya müharibə elan etmişdir.
1940 - Latviya SSRİ-yə birləşdirilmişdir.
1944 - Anna Frank nasislər tərəfindən tutuldu.
1962 - Afrika Milli Konqresinin lideri Nelson Mandela 28 il müddətinə həbs edilmişdir. Bu müddət ərzində o, Cənubi Afrika Respublikasının qaradərili əhalisinin irqçi aparteid rejiminə qarşı mübarizəsinin simvolu olmuşdur. Sərbəst buraxıldıqdan sonra Mandela ölkənin prezidenti seçilmişdir.
1984 – Afrikada Yuxarı Volta dövləti adını Burkina Faso olaraq dəyişmişdir.
1990 - Star TV normal yayıma başlamışdır.
1995 – Avropada “Fırtına” əməliyyatı başlamışdır. Bu əməliyyat Serbiya Krajina Respublikasının və Qərbi Bosniya Respublikasının məhv edilməsi ilə başa çatmışdır.
2007 – Marsın tədqiqi üçün AMC Phoenix Avtomatik Planetlərarası Stansiyası kosmosa göndərilmişdir.
Bayramlar və xüsusi günlər
- Nigeriyanın Müstəqillik Günü
Doğumlar
1521 – VII Urban, 228-ci Roma Papası, 12 gün hakimiyyətdə olmuşdur, malyariyadan vfat etmişdir.
1792 - Persi Bişi Şelli, ingilis şair (ö. 1822).
1834 – Con Venn, ingilis məntiqçisi və filosofu, Venn diaqramının yaradıcısı (ö. 1923).
1900 – Elizaveta Bouz-Layon, Böyük Britaniya kraliçası II Elizavtanın anası (ö. 2002).
1901 - Lui Armstronq, ABŞ zənci trubaçalanı, bəstəkar, XX əsrin ən məşhur caz ustalarından biri (ö. 1971).
1915 - Məmmədrza Şeyxzamanov, azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti (ö. 1984).
1944 - Orxan Gəncəbay - türk müğənnisi və aktyoru
1961 - Barak Obama, Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.