Pakistanda musson yağışları və torpaq sürüşmələri nəticəsində azı 13 nəfər ölüb, 7-i xəsarət alıb.
"Respublika" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, təbii fəlakət nəticəsində təkcə Hayber-Paxtunxva əyalətində 74-dən çox evə ziyan dəyib.
Yağış dağlıq ərazidə daşqınlara səbəb olduğu üçün bölgə rəhbərliyi fövqəladə vəziyyət elan edib.
Pakistanın şimal qonşusu Əfqanıstanda isə vəziyyət daha pisdir. Mövsümi yağışların səbəb olduğu daşqınlar 31 nəfərin həyatına son qoyub, 74 nəfər xəsarət alıb, 41-i itkin düşüb. Eyni zamanda, daşqınlarda 250-yə yaxın mal-qara tələf olub. Ən çox təlafatla üzləşən bölgələr paytaxt Kabil, Vərdək və Qəzni əyalətləridir.
Jalə QASIMZADƏ,
"Respublika".