Türk xalqının bənzərsiz lideri
Türk dünyası

Türk xalqının bənzərsiz lideri

Uzun, incə bir yoldadır, gündüz-gecə...

Benzemez kimse sana

Tavrına hayran olayım...

Müzəyyən Sənarın ifa etdiyi "Benzemez kimse sana" mahnısından iki misra... Ərdoğanın ən çox sevdiyi  mahnıdır. Axı bu gün dünyanın diqqət mərkəzində olan Rəcəb Tayyib Ərdoğanın çıxışlarında hərdən məqamı gələndə poeziya nümunələrindən istifadə etdiyinin şahidi çox olmuşuq. 2020-ci il dekabrın 10-da Azadlıq meydanındakı çıxışını xatırlayırsınızmı?

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq

Qanla möhürləyib, zorla alarlar...

 

 

Sevimli şairimiz Bəxtiyar Vahabzadənin qələmindən süzülən bu misralar o gün elə əzəmətli səslənirdi ki... Əzəmət həm onu dilə gətirənin özündə idi. Çoxlarını qorxuya salan, bəzilərinin yuxusuna haram qatan, onları bir yerə toplaşıb "baş sındırmağa", "planlar cızmağa" "vadar edən", dünya siyasətinin öncül liderlərindən biri Ərdoğanı o böyüklüyə, zirvəyə ucaldan olmuşdu?

Araşdırmaçı Fatih Sultan Karın Ərdoğandan bəhs edən "Uzun, incə bir yol, uzun bir adam - Rəcəb Tayyib Ərdoğan" adlı kitabını vərəqləsəniz çox şey aydın olar... Bəli, Ərdoğan illərdir ki, siyasətin içindədir bu uzun, incə bir yolda özünəxas keyfiyyətlərlə astaca, ustaca irəliləməkdədir. Necə deyərlər, gecə-gündüz yol getməkdədir. Hələ Türkiyədə o dəhşətli zəlzələnin baş verdiyi gündən bir qədər əvvəl Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adəti üzrə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi görüşündə canlı yayımında türk müğənnisi Cengiz Kurtoğlu ilə birgə ifa etdiyi, Aşıq Veysəlin "Uzun, incə bir yoldayım" şeirinə bəstələnmiş mahnını da elə bil ona həsr edilmiş kimi oxumuşdu.

 

 

Ərdoğan savaşdadır, o, dünya ilə savaşır, çünki xalqının, ölkəsinin maraqlarını heç kəsə güzəştə getmək istəmir. Onu xalqına sevdirən elə budur. 2018-ci ildə Fransanın "Le Point" qəzeti ölkədəki türklərin səs potensialını başqa məcraya yönəltmək məqsədilə qərəzli bir yazı dərc etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsində sosial-iqtisadi vəziyyətin ağır olduğu qeyd olunurdu.

2021-ci ilin yanvarında isə fransız nəşrində sensasion bir məqalə çıxdı. Belə ki, "L' Opinion" qəzetinin yazarı Jan-Domenik Merşet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Liviya Qafqazdakı münaqişələrdə "oyun dəyişdirən lider" adlandırırdı. Merşet 2003- ildən bəri ölkəni idarə edən Türkiyə liderinin illərdir məzlumların səsi olduğunu qeyd edirdi. "Məzlumların səsi!". Həqiqəti əks etdirən bir ifadədir. Deyilmi?..

Müəllif yazır ki, Türkiyə könüllü şəkildə Avropanın bir üzvü olmaq istəsə , qitə dövlətləri qapıları onun üzünə bağlayıb. O, bunun səbəbini 80 milyon müsəlman əhalisi olan bir dövləti Avropanın öz aralarında görmək istəməməsi ilə əlaqələndirib. Fransız yazar bildirib: "Avropa Birliyi qapılarını bağlasa da, Türkiyə öz bölgəsinə Yaxın Şərq Asiyaya yelkən açdı. Fransızları şok etsə , Türkiyənin Afrikadakı varlığı Türk Hava Yollarının ən çox uçuş həyata keçirdiyi bölgənin bura olması ilə razılaşmalıdır. Qərb dünyadakı hegemonluğunu itirdi... Ərdoğan göstərdiyi strateji cəsarət həyata keçirdiyi əməliyyatlar sayəsində önə çıxdı. Onun müdaxilələri Liviya Qafqazdakı oyunları dəyişdirdi, hərbi qüvvələri hələ Suriyadadır. Türkiyə müttəfiq Rusiyanın dəstəyi ilə bölgədə gedən proseslərdə kilid rolunu oynayır".

 

 

Müxbir Ərdoğanın Türkiyə daxilindəki reytinqinin yüksək olduğunu, cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirib. Merşet Mustafa Kamal Atatürkdən bəri heç bir türk liderinin Ərdoğan kimi ölkəni bu qədər gücləndirə bilmədiyini yazır.

Bəli, heç kəsə sirr deyil ki, Qərb Ərdoğanın prezident olmasını istəmir. Niyə? 2023- il yanvarın 9-