Seçkilər istənilən dövlət üçün demokratiya yolunda imtahan sayılır. Mayın 14-də və ikinci mərhələsi mayın 28-də keçirilən Türkiyənin Prezident seçkiləri bütün dünya üçün əsl demokratiya nümunəsi oldu. Bunu seçici fəallığı sübut etdi. Türk xalqı dövlətinin şəffaf, demokratik seçki keçirəcəyinə inanırdı. Məhz buna görə də seçici aktivliyi 90 faizi ötdü. Beləliklə, qardaş Türkiyə növbəti demokratiya imtahanından üzüağ çıxdı. Bunu demokratiya bayramı da adlandırmaq olar. Seçkilərə hazırlıqlar başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində quruldu, siyasi bloklara, partiyalara, namizədlərə bərabər imkanlar yaradıldı. Türkiyəli qardaşlarımız sərbəst şəkildə öz seçimlərini etdilər. Seçicilərin fəallığı da ölkə vətəndaşlarının məsuliyyətindən, dövlətə, vətənə olan sevgilərindən xəbər verir.
Bütün dünyada mühüm siyasi və iqtisadi aktora çevrilən Türkiyədəki seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisə oldu. Dünyanın bir sıra güc mərkəzlərinin bütün maneələrinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi proqnozlaşdırırdı. Çünki son iyirmi ildə Türkiyə Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqeyə sahib olub. Eyni zamanda Türkiyə son dövrlər hərbi sahədə də böyük nailiyyətlər əldə edib. Qardaş ölkə öz müdafiə sənayesi potensialını artırıb. Əvvəl Türkiyədə istehsalçılar öz ordusunun 20 faizini silah-sursatla təmin edirdisə, indi bu rəqəm 80 faizə yüksəlib. Türkiyə hava qüvvələri üçün pilotsuz uçuş aparatları və pilotsuz döyüş təyyarələri istehsal edilir. Həmçinin, pilotsuz uçuş aparatlarından dünyada ilk dəfə qanadlı raketləri buraxan qardaş Türkiyə oldu. Türkiyə artıq yerli gəmisini, tankını, helikopterini və avtomobilini istehsal edir. O avtomobillərdən biri ilk olaraq Azərbaycan Prezidentinə hədiyyə edildi.
Bu seçkilər Türkiyənin demokratiyaya sadiqliyinin və bu yolla inkişaf etdiyinin göstəricisidir. Türkiyəni sevməyənlər seçkilərdən əvvəl Ərdoğanın əleyhinə kampaniya aparır, həm də seçki prosesinin saxtalaşdırılacağını deyirdilər. Lakin mövcud iqtidar bu siyasi kampaniyaların azad, ədalətli və şəffaf keçirilməsini təmin etməklə Türkiyəni antidemokratiklikdə qınamaq istəyənlərin arzusunu gözündə qoydu. Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə bütün türk dünyası tərəfindən sevinclə qarşılandı. Ümumiyyətlə, bu gün dünya dövlətləri Türkiyə ilə hesablaşır. Rusiya-Ukrayna arasında gedən müharibədə Türkiyənin humanizmə əsaslanan mövqeyi dünya ölkələri tərəfindən təqdir olunur. Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə gerçəkləşən taxıl sazişi sayəsində Ukrayna taxılı Afrika, Avropa ölkələrinə daşındı və bununla da qlobal ərzaq qıtlığının qarşısı alındı.
Beləliklə, qardaş ölkənin vətəndaşları tərəqqini, inkişafı, sabitliyi, əmin-amanlığı seçdi. Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə yox, Azərbaycan, Türk dünyası, İslam coğrafiyası da oldu. Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyevin olması və Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasının parlaq bir nümunəsidir. Türkiyənin nailiyyətləri həm də Azərbaycanın uğurlarıdır. Ərdoğanın fəaliyyəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf edib. Onun türk dünyası və Azərbaycanla bağlı gördüyü müsbət işlər xalqımız tərəfindən də yüksək qiymətləndirilir. Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyevin qardaşlığı dövlətlərimizi daha da güclü edir. Türkiyə Prezidenti 44 günlük Vətən müharibəsi zamanı bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini siyasi-mənəvi cəhətdən daim dəstəklədi. İkinci Qarabağ müharibəsi başlayanda Ərdoğan bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanında olacaq. Azərbaycan xalqı onun dəstəyini heç vaxt unutmayacaq və dövlətimiz də bunu yüksək qiymətləndirir. Türkiyədə zəlzələ baş verdikdə, Azərbaycan vətəndaşları qardaş ölkəyə geyim, qida və maddi dəstək göstərdi. Türkiyədə zəlzələ qurbanlarına dəstək məqsədilə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən,