Dostu sevindirən, düşməni məyus edən tarixi qələbə
Türk dünyası

Dostu sevindirən, düşməni məyus edən tarixi qələbə

Mayın 14- keçirilən seçkinin nəticələrinə əsasən Türkiyənin Prezidenti müəyyənləşməsə , xalq mayın 28- öz liderini seçməyə müvəffəq oldu. Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səs toplayaraq Türkiyənin 13- Prezidenti seçildi. Türkiyədəki seçki ölkəmizdə diqqətlə izlənilirdi. Prezident İlham Əliyev Azərbaycan xalqı bu qələbəyə inanırdı. Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibətilə ilk təbrik edən məhz Prezident İlham Əliyev oldu. Telefon danışığı zamanı dövlətimizin başçısı taleyüklü həmkarını ilk işgüzar səfərini həyata keçirmək üçün Azərbaycana dəvət etdi. Çünki Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanla dostluq qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük önəm verib. Prezidentlərin apardıqları düzgün siyasət nəticəsində iki ölkə arasında dostluq qardaşlıq daha da möhkəmlənib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün çoxşaxəli tədbirlər həyata keçirilib.

Qarşılıqlı səfərlər əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP TAP kimi böyük layihələr Azərbaycan Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. 2021-ci il iyunun 15- Şuşada Azərbaycan Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması isə bu qardaşlığı daha da gücləndirib. Artıq bütün dünya görür ki, Türkiyə Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı münasibətlər günü-gündən inkişaf edir. Bir sözlə, qardaş ölkələrin münasibətləri tarixin ən yüksək zirvəsindədir.

Türkiyədə keçirilən prezident seçkiləri dünyanın siyasi arenasında da önəmli sayılan diqqətlə izlənilən hadisələr arasında yer aldı. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra dünya liderləri təbriklərini çatdırdılar. ABŞ Prezidenti Co Bayden, Rusiya Prezidenti Vladimir Putin, Britaniyanın baş naziri Rişi Sunak, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Ukraynanın dövlət başçısı Volodimir Zelenski Ərdoğanı təbrik edən liderlər sırasında yer aldılar.

Türkiyədəki prezident seçkilərini yaxından izləyən dünyanın bir çox kütləvi informasiya vasitələri Rəcəb Tayyib Ərdoğanın qələbəsini müxtəlif başlıqlarla işıqlandırdı. CNN Ərdoğanın qələbəsinin Türkiyədə gecə saatlarına qədər coşqu ilə qeyd olunmasına diqqət çəkib. Politico nəşri isə "Türkiyənin Ərdoğanı yenidən qalib gəldi" başlıqlı xəbərində "Ərdoğan daha beşillik fəaliyyətində regionda ondan kənarda siyasətin formalaşmasında güclü təsirə malik olacaq", - deyə yazıb. BBC telekanalı "Ərdoğan bir daha sübut etdi ki, onunla yarışmaq asan deyil" başlığı ilə material yayıb.

Builki seçkinin xronikası isə olduqca maraqlı həyəcanverici idi. Belə ki, 2023- ildə Türkiyədə 4 fərqli alyans öz namizədini səsverməyə çıxardı. 2018-ci ildə Ədalət İnkişaf Partiyası Milliyyətçi Hərəkat Partiyası arasında qurulan Cümhur İttifaqının vahid namizədi hazırkı prezident, Ədalət İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan oldu. Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya Demokrat Partiyası tərəfindən qurulan, Səadət, DEVA Gələcək Partiyalarının üzv olması ilə 6- masaya çevrilən Millət İttifaqı isə martın 2- vahid namizədlərini müyyən etmək üçün sonuncu toplantılarını etdilər. İclasda 5 partiya Kılıçdaroğlunun namizədliyini dəstəkləsə , İyi Partiyanın sədri Meral Akşener ittifaqı sərt şəkildə tənqid edərək tərk etdiyini açıqladı. Akşener seçki anketlərinə əsasən Əkrəm İmamoğlu Mansur Yavaşla müqayisədə Kılıçdaroğlunun Ərdoğana qarşı qalib gəlmə ehtimalının az olduğunu bildirərək onları namizəd olmağa çağırdı. Bu çağırışdan sonra Əkrəm İmamoğlu Mansur Yavaş da daxil olmaqla, 5 müxalif bələdiyyə sədri Kamal Kılıçdaroğlu ilə görüşdü. Görüşdən sonra Akşenerin çağırışı İmamoğlu Yavaş tərəfindən rədd edildi. Üç gün sonra isə İYİ Partiya yenidən 6- masaya qoşuldu. Həngaməli prosesdən sonra nəhayət 6 mart 2023- ildə Millət İttifaqı Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini açıq