Türkiyə müdafiə sənayesi sahəsində müstəqil siyasət yürüdür. Davamlı olaraq yeniliyə imza atan qardaş ölkə artıq özünün milli və yerli texnologiyaları hesabına hazırlanmış pilotsuz döyüş təyyarəsi "Bayraktar"ı, "Kızılelma"nı, dünyada ilk dəfə olaraq pilotsuz gəmisini, eyni zamanda ən böyük hərbi gəmisi "TCG-Anadolu"nu, "Yeni Altay" tankını istifadəyə vermişdir. Bu gün Türkiyənin hərbi sənayesi elə bir səviyyəyə çatmışdır ki, nəinki özünün daxili tələbatlarını ödəyir, həmçinin dünyada silah ixracatçısı olan ölkəyə çevrilməkdədir. Türkiyə hərbi donanması ilə də dünyanın diqqətini çəkir. Təsadüfi deyil ki, 2021-ci ildə İsrailin Hayfa Universitetinin Siyasi və Strateji Araşdırmalar mərkəzi Türkiyə donanmasının Şərqi Aralıq dənizində ən güclü donanma olduğunu vurğulayıb.
Bu nailiyyətlərin nəticəsidir ki, Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdir. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu uğurlardan biri kimi bu günlərdə "Tayfun" milli ballistik raketinin ikinci test atışının uğurla sınaqdan keçirilməsini göstərmək olar. Roketsan tərəfindən hazırlanmış raketin sınaqları Qara dəniz sahilindəki Rize-Artvin hava limanı yaxınlığında həyata keçirilib. Bundan əvvəl Türkiyə, Rusiya Federasiyasından aldığı "S-400" zenit-raket komplekslərinin sınağını da həmin bölgədə aparmışdır. "Tayfun" raketinin 561 km məsafədəki hədəfi 500 saniyəyə vurduğu qeyd edilir. Türkiyə müdafiə sənayesinin nəhənglərindən olan Roketsan quruda bir platforma, dənizdə suüstü nəqliyyat vasitələri, eləcə də havada döyüş təyyarələri, SİHA və helikopterlərlə atılacaq süni intellekt xüsusiyyətlərinə malik yeni qanadlı "Çakır" raketləri də istehsal edib. Türkiyədə ilk olaraq SİHA-lar vasitəsilə istifadə ediləcək "Çakır" qanadlı raketləri 1500 km məsafə qət edəcək.
Bunu, önəmli və tarixi addım kimi dəyərləndirmək olar. Çünki bu vaxta qədər Türkiyə qısamənzilli ballistik raketə malik deyildi. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. O, qeyd edib ki, ballistik raketlər qurudan və dənizdən atılan raket sistemləridir: "Ballistik raketlər atıldıqdan sonra atmosferdən çıxır, sonra təkrar atmosferə daxil olub hədəfi vururlar. Bu xüsusiyyətlərinə görə də antiballistik raketlər və ya digər sistemlər tərəfindən vurulması çətindir".
Yücel Karauz bildirib ki, Roketsan kampaniyası tərəfindən hazırlanan "Tayfun" raketinin ilk sınaqları da 2022-ci ilin oktyabrında, Qara dəniz üzərində Rizə-Artvin hava limanı yaxınlığında gerçəkləşdirilmişdir: "Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, raketin uçuş məsafəsinin 1000 kilometrə çatdırılması planlaşdırılır. Eyni zamanda, ikinci sınaqda raketin uçuş məsafəsinin artırıldığını, təhlükəsizlik baxımından bunun hələ bəyan edilmədiyini düşünürəm. Onu da bildirim ki, raketin yaxın vaxtlarda Türkiyə ordusunun arsenalına daxil olması gözlənilir. Çünki "Tayfun" 500 saniyədə 561 kilometr məsafədəki hədəfi məhv etmək gücündədir. Bundan başqa, Roketsan "Tayfun"dan öncə "Bora" taktik ballistik raketini də hazırlamışdı. "Tayfun"dan sonra isə Roketsan "Cenk" ballistik raketini buraxaraq 1000 kilometrdən uzaq məsafədə hədəfləri təsir altına ala biləcək. Bu isə hazırda qlobal güc olan Türkiyənin siyasi və hərbi üstünlüyünün birləşməsinə şərait yaradacaq".
Yücel Karauz əldə edilən bu uğurun Azərbaycan üçün də əhəmiyyətli olduğunu deyib: "Türkiyənin ordu və müdafiə sənayesində qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən Azərbaycana da pay düşür və bundan sonra da düşəcək. Çünki biz ''Bir millət, iki dövlət, tək yumruğuq''. Ona görə də bu, təkcə Türkiyənin deyil, Azərbaycanın da qürurudur. Türkiyə və Azərbaycan əleyhinə hər hansı addım atmaq istəyənlər unutmasınlar ki, Türkiyə müdafiə