Tom Lantos Komissiyasının qərəzi
Digər xəbərlər

Tom Lantos Komissiyasının qərəzi

ABŞ Konqresi tərəfindən yaradılmış və bəyan olunan məqsədinin insan haqlarının beynəlxalq miqyasda təşviq edilməsi olduğu deyilən Tom Lantos Komissiyası Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı dinləmələr keçirib.

Məlumatda bildirilir ki, Laçın dəhlizinin blokadası 7 aydır, o cümlədən Azərbaycanın hərbi keçid məntəqəsini açması ilə davam edir ki, bu da 2020-ci il atəşkəs sazişinin müddəalarına ziddir. "Hazırda ABŞ Dövlət Departamentinin nümayəndələri də daxil olmaqla, yeni genişmiqyaslı müharibə riskini azaltmaq üçün bir sıra beynəlxalq səylər davam edir. Əsas məsələ Azərbaycanın nəzarəti bərqərar etməyə çalışdığı Qarabağda etnik ermənilərin hüquqlarını və təhlükəsizliyini adekvat şəkildə qorumaq üçün nə tələb olunur", - deyə bəyanatda vurğulanır.

Maraqlısı isə odur ki, bu gün Qarabağ ermənilərinin hüquqlarını qorumağa çalışan Tom Lantos Komissiyası niyə illərdir Ermənistanın Azərbaycanın başına gətirdiyi təcavüzlərlə bağlı bəyanatlar yaymadı? Ermənistan dövləti yaranandan sonra müxtəlif dövrlərdə azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular. Halbuki, bugünkü Ermənistan ərazisi tarixi Azəraycan torpaqlarıdır. Erməni millətçilərinin şovinist siyasəti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilib, deportasiyalar və soyqırımları nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilib. Xislətində oğurluq olan ermənilər Azərbaycan torpaqlarına göz dikərək "türksüz Ermənistan" uğrunda gizli müharibələr aparıblar. Beləliklə, onlar Rusiyanın köməyi ilə dövlətlərini qurduqdan sonra azərbaycanlıları öz yurdlarından didərgin salıblar. Onlar bununla da kifayətlənməyib, minlərlə dinc sakini qətlə yetirib.

Vəhşi, barbar ermənilər istər Qərbi Azərbaycan torpaqlarında, istərsə də Qarabağın 30 illik işğal dövründə azərbaycanlılara məxsus mədəni və dini abidələri, məzarlıqları dağıdıb, onların şəxsi və ictimai əmlakını, mülki infrastrukturunu talan ediblər. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü beynəlxalq hüquqi normaların kobudcasına pozulduğu faktlardan biridir. Bu vandal siyasət nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 20 mindən çox vətəndaşımız qətlə yetirilib, 50 mindən çox insan yaralanıb, şikəst olub. Bir milyona yaxın əhali 30 ilə yaxın müddətdə doğma yurd-yuvasından didərgin düşərək işğalçı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olub.  Ermənistan humanitar hüququn və insan hüquqlarının əsas prinsipi olan insanpərvərliyi rədd edərək azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya siyasəti yeridib. Bu siyasət Xocalı şəhərində özünün kuliminasiya nöqtəsinə çatıb. 1992-ci ilin fevralında Xocalı şəhərində törədilən dəhşətli qətliam bir sıra konvensiya və sazişlərə əsaslanaraq soyqırımı adlandırılır.

Azərbaycan torpaqlarının işğal dönəmində bu ərazilərdə terrorçuların hazırlandığı, habelə narkotik vasitələrin yetişdirildiyi konkret faktlarla dünya ictimaiyyətinə çatdırılıb. Lakin bütün faktlara baxmayaraq, Tom Lantos Komissiyası azərbaycanlıların hüquqlarını qorumağa çalışmayıb və sadalanan reallıqlara etinasız yanaşıb. Tom Lantos adına İnsan Haqları Komissiyasının sözügedən dinləmələri ədalətin və həqiqətin təhrif edilməsinə dəstək kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi Komissiyanın heç bir halda haqq qazandırılmayan bu addımını qeyd-şərtsiz pisləyir.

Nuranə DAXİLQIZI,

"Respublika".