"Türksüz Ermənistan" uğrunda əsrlər boyu gizli və bəzən leqal mübarizələr aparmış qəddar erməni millətçiləri "dənizdən-dənizə" böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər
Tarixdən məlumdur ki, "erməni məsələsi" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlmiş və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, onun torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət olub. Habelə, həmin məsələ Şərqə yiyələnmək uğrunda Rusiya və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz.
XIX yüzilliyin ikinci yarısında ermənilərin Türkiyə ərazisində törətdikləri qanlı qırğınlar nəticəsində minlərlə dinc əhali öldürülüb. Buna cavab olaraq Osmanlı dövləti xain və dönük erməni silahlı dəstələrinə tutarlı cavabını verib. Bu fikirləri İğdır Universitetinin tarix müəllimi, araşdırmacı Arslantürk Akyıldız söyləyib. O deyib: "Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edilib və Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçilib. Birinci Dünya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniya tərəfindən çıxış edən Türkiyəyə təzyiq göstərməyə başlayıblar. Bu təzyiq getdikcə güclənib, hətta 1914-cü il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan edib. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb, Rusiyanın köməyi ilə silahlandırılıblar və hər yerdə türkləri qırmağa başlayıblar. Erməni silahlı dəstələri əllərinə keçən türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, lüt kürəklərinə qaynar samovar bağlayır, hamilə qadınların qarnını yarıb körpələri nizəyə keçiriblər. Ermənilərin bu vandalizmi nəticəsində o vaxt 600 min türk öldürülüb. Təbii ki, Türkiyənin başı bu zaman müharibəyə qarışdığı üçün daxildəki prosesləri diqqətdən yayındırmışdı".
Tarixi araşdırmacı deyib ki, ancaq hadisələri belə görən Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qalıb. Aparılan əməliyyat nəticəsində 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər bölgələrə köçürülüb. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər və daha çox ölən isə türklər olub. Zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq və ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırmışlar. Halbuki, 1914-cü ildə Türkiyə ərazisində cəmi 1.294.851 nəfər erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18.520.016) cəmi 6,9 faizini təşkil edirdi.
''Ermənilərin ilk üsyanı 1890-cı ildə Ərzurumda baş tutub. Bunun ardınca həmin il Qumqapı nümayişi, 1892-1893-cü illərdə Kayseri, Yozqat, Çorum və Merzifon hadisələri, 1894-cü ildə Sasum üsyanı, Babıali nümayişi və Zeytun üsyanı, 1896-cı ildə Van üsyanı və Osmanlı Bankının zəbt olunması, 1903-cü ildə ikinci Sasun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralanıb. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgəsinin 24 mühüm şəhərində mütəşəkkil olaraq eyni vaxtda və bəzən bir-birinin ardınca "Hnçak" və digər erməni komitələri üsyan və iğtişaşlar həyata keçiriblər. Üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edib, evləri yandırıb, əhalini öldürüblər. Erməni quldurları 1916-cı il mayın 11-də Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürmüş, mayın 22-də isə Van şəhərində 15 min adamı məhv etmiş, 1000 körpəni diri-diri boğmuş, 1918-ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq diri-diri yandırmışlar. 1895-ci ilin iyulunda İstanbulda hnçakçılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırıblar