Sülh işıqlı gələcəyə, müharibə isə zülmətə aparır
Siyasət

Sülh işıqlı gələcəyə, müharibə isə zülmətə aparır

Ermənistan öz məkrli niyyətini danışıqlar masasında bir cür, arxada isə başqa biçimdə, başqa yöndə nümayiş etdirir, təxribatlar törədir, sərhədlərimizə hücum edir, gərginlik yaradır, həyasızlıq inadkarlıq göstərir. Bu da erməni cəmiyyətinin separatçı əhvali-ruhiyyəsinə, bəlkə qaytardılar xülyasına, azərbaycanlılara qarşı etnik nifrət bəsləmələrinə rəvac verir, rəsmi İrəvanın mövqeləri isə sürətlə laxlayır. Hayların birgə yaşayışa, qonşuluğa, əməkdaşlığa, sabitliyə, insani münasibətlərə sözün əsl mənasında ləyaqətləri çatmır. İkinci Qarabağ müharibəsində rüsvayçılıqla məğlub olmalarını həzm edə bilmirlər, daxili çarpışmalar, etirazlar, küçə yürüşləri, hökuməti hədəfə alan təhqirlər digər çirkin hərəkətlər ermənilərin baş ağrısına çevrilir, daşnak əhvallı cəmiyyət çalxalanır, binəvalar batan gəminin sərnişinlərinə daha çox bənzəyirlər.

Təbii ki, İrəvanda baş verən hadisələr Xankəndidə ətraf ərazilərdə məskunlaşan erməni əsilli vətəndaşlarımızı da çaşdırır, digər bir tərəfdən isə Rusiyanın "desant"ı adlandırılan, Qarabağda oğurluq talançılıqla məşğul olan R.Vardanyan kimilərinin aranı qarışdırmaları, bir tula payı ilə erməniləri şirnikləndirmələri, vəziyyəti 1988-1990- illərdəki situasiyaya qaytarmaq cəhdləri Rusiya sülhməramlı kontingenti komandirlərinin bu dələduzluğa göz yummaları hayları faciəyəyə tərəf sürükləyir. Ermənistanın Azərbaycanla sülh danışıqlarında müəyyən uğurların əldə edilməsi, bu danışıqların aktiv fazaya daxil olması, erməni tərəfinin ittiham böhtanlarına qarşı rəsmi Bakının sərt mövqeyi bəzi ermənipərəst qüvvələri təlaşa salıb, onlar barışığın sülhün əldə edilməsinə çox ciddi müqavimət göstərirlər.

Erməni diversiya-təxribatçı qrupların mövqelərimizə hücum etmələri, bölgədə sülhyaratma öhdəliyini üzərinə götürmüş Rusiya sülhməramlılarının köməyi ilə Xankəndiyə gizli yollarla silah-sursat daşınması, Araik Arutunyan kimi separatçı cinayətkarların boş yerə müqavimət göstərmələri göldə batan adamın saman çöpündən yapışmasına daha çox bənzəyir. Məlumdur ki, istər daxildə istərsə xaricdəki müəyyən qüvvələrə nökərçilik edənlər öz ağalarının buyruqlarını yerinə yetirmək, sülhü əngəlləmək üçün təxribatlar törətməyə məcburdurlar. Lakin bu uzun müddət davam edə bilməyəcək. Qətiyyətlə demək olar ki, Azərbaycan torpaqlarındakı terrorçu ünsürlərin son nəfərinədək ərazini tərk etməsi müharibə cinayəti törədənlərin beynəlxalq məhkəmələrdə hüquqi məsuliyyətə cəlb olunmasına nail olacaq. Hər halda ermənilər yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev dediyi sözləri həmişə yerinə yetirən liderdir.

Qarabağda müvəqqəti nəzarət həyata keçirən rus sülhməramlıların bilərəkdən erməni silahlı dəstələrini himayə etmələrini, cinayətkarlara havadar durmalarını, adi davranış qaydalarını pozmalarını, etdikləri hörmətsizliyi Azərbaycan xalqı qətiyyətlə pisləyir bildirir ki, bölgədə erməni terrorçuların təxribatlarının qarşısını almaq birbaşa Rusiyanın öz üzərinə götürdüyü rəsmi öhdəlikdir, rus sülhməramlılar da müvəqqəti məsuliyyət bölgələrində bunu mütləq yerinə yetirməlidirlər. Buna görə müvəqqəti nəzarət həyata keçirən rus sülhməramlılarının birtərəfli mövqeyini qətiyyən qəbul etmək mümkün deyil. Erməni əhalini Xankəndiyə ətraf ərazilərə qaytaran, onları mühafizə edən Rusiya sülhməramlı qüvvələrinin komandanlığı nədənsə unudur ki, eyni vaxtda azərbaycanlıları da Xankəndiyə, Kərkicahana, Xocalıya, Xocavəndin kəndlərinə, Kosalara digər yaşayış məntəqələrinə qaytarmalıdırlar. Bu öhdəliyi 2020-ci il noyabrın 10-da üç ölkənin rəhbərləri tərəfindən imzalanan Bəyanatda Rusiya tərəfi öz üzərinə götürüb. Buradan da aydın olur ki, ermənilərə qorxma deyənlərdən biri rus sülhməramlılarıdır, onların ərazilərimizdən dərhal çıxarılması xalqımızın haqlı tələblərindən birincisidir. Çünki, Ermənistan tərəfi təxribatlara ara vermir, müharibə ocağını alovlandırmağa cəhdlər edir. Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində düşmən ölkənin silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən dövlət sərhədimizin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında