ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİLASKARLIQ MİSSİYASI
Siyasət

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİLASKARLIQ MİSSİYASI

İllər ötdükcə, çiçəklənən Azərbaycanı, onun iqtisadi, siyasi tərəqqisini, artan beynəlxalq nüfuzunu gördükcə, bu dahi insanın şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi, müdrikliyi, əvəzedilməzliyi daha aydın görünür. İstər-istəməz xəyalən ötən illərə dönərək, onun ömür yolunu siyasi fəaliyyətini göz önündə canlandırmalı olursan. Lakin məqalə xalqımızın Milli Qurtuluş Gününə ulu öndərin xilaskarlıq missiyasına həsr edilmiş olsa da ilin yaz fəslinin ən gözəl bayramlar ayı sayılan may ayında bir əsr əvvəl Azərbaycanın həyatında baş verən bu gün tariximiz dövlətçiliyimiz üçün böyük önəm daşıyan ictimai-siyasi hadisəyə toxunmamaq mümkün deyil. XX əsr bütün dünyada olduğu kimi, Azərbaycan üçün siyasi hadisələr, müharibələr, təlatümlü illər, ictimai formasiyalar dəyişiklikləri kimi yadda qalmışdır.

Lakin bu əsrin ikinci onilliyində 28 may 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda Demokratik Cümhuriyyətin elan edilməsi müstəqil dövlətçiliyimizin ən parlaq şanlı səhifəsi kimi tarixə düşmüşdür. Yarandığı ilk gündən Cümhuriyyət tərəfindən xalqımızın çoxəsrlik müstəqilliyi milli dövlətçilik arzularını əks etdirən bir səhifəlik (preambula 6 bənddən ibarət) "İstiqlal Bəyannaməsi" qəbul edilmişdir. Bu hüquqi sənəd həm o dövr, həm indiki dövr üçün Azərbaycanın ilk konstitusiya aktı sayıla biləcək qədər böyük tarixi əhəmiyyət kəsb etmişdir. Cümhuriyyət yaradıldığı gündən hökuməti təşkil etmiş, dövlət idarəçiliyinin əsas strukturları, dövlətin rəmzləri təsdiq olunmuş, qadınlara seçki hüququ verilmiş Azərbaycanda yaşayan bütün milli azlıqların Parlamentdə təmsil edilməsini qərarlaşdırmışdır. Çox təəssüf ki, bu Cümhuriyyətin ömrü qısa olmuş, cəmi 23 ay fəaliyyət göstərə bilmişdir. Buna baxmayaraq, bu tarix Azərbaycan xalqı üçün çox əzizdir üstündən bir əsrdən çox müddət keçsə belə, biz həmin tariximizlə daima qürur duyur fəxrlə deyə bilirik ki, demokratik cəmiyyət bir çox Avropa dövlətlərindən əvvəl məhz Azərbaycanda qurulmuşdur.

2018-ci ilin may ayında xalqımız Azərbaycanda demokratik Cümhuriyyətin yaradılmasının 100 illiyini dövlət səviyyəsində geniş təntənəli şəkildə müxtəlif tədbirlərlə qeyd etdi. Bu günün belə yüksək səviyyədə qeyd olunması xalqımızı bir daha qürurlandıraraq sevindirməklə yanaşı, eyni zamanda, dünyaya göndərilən bir mesaj idi. Bu əsrdə Azərbaycan ikinci dəfə 1991-ci ilin 18 oktyabrında müstəqillik barədə konstitusiya aktını qəbul etməklə öz müstəqilliyinə qovuşmuş Azərbaycan Cümhuriyyətinin varisi kimi qəbul edilmişdir.

XX əsr, eyni zamanda, Azərbaycan xalqına ümummilli lider Heydər Əliyev kimi müdrik zəka sahibi, polad iradəli, xalqımızın iftixarı olan, dünyaşöhrətli bir siyasətçi bəxş etmişdir.

Anadan olmasının 100- ili ölkəmizdə respublikamızın hüdudlarından kənarda qeyd edilən dünyaşöhrətli siyasətçi şəxsiyyət, müstəqilliyimizin bütün uğurlarımızın təminatçısı olan ulu öndər Heydər Əliyevi uca Tanrı sanki, Azərbaycana bir xilaskar kimi göndərmişdir. O, öz tarixi xilaskarlıq missiyasını bütün çətinliklərə baxmayaraq, məharətlə yerinə yetirdi. Ümummilli liderin şəxsiyyəti, gördüyü işlərin əhatəliliyi həcmi o qədər cahanşümul zəngindir ki, onu bir yazıda əhatə etmək belə qeyri-mümkündür. Ümumiyyətlə, ulu öndərin Azərbaycana rəhbərliyi dövrünü üç mərhələyə bölmək olar. Bu, onun Sovet dönəmində Azərbaycana rəhbərliyi, Moskva dövrü sonuncu müstəqillik illərini əhatə edir. Hələ Sovet dönəmində dövlət təhlükəsizlik orqanlarının rəhbərliyindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə geridə qalmış Azərbaycan iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında əmələ gələn dirçəliş, milli-mənəvi dəyərlərimizə, dilimizə, haradasa dinimizə qayıdış, gənclərin tərbiyə təhsilinə verilən önəm, onların ölkədən kənar ali təhsil ocaqlarına, eyni zamanda ehtiyac olan sahələr üzrə mütəxəssislər yetişdirilməsi üçün göndərilməsi mühüm iri sənaye müəssisələrinin yaradılması, onun dərin zəkası, fitri istedadı, yüksək