Milli Məclisin nümayəndə heyəti Mərakeşə səfər edib
Siyasət

Milli Məclisin nümayəndə heyəti Mərakeşə səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər müddətində keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.