Ramazan ətri
Mədəniyyət

Ramazan ətri

Ramazan ayı öz rəhməti, bərəkəti ilə gəlmişdir. Hədislərimizdə qeyd olunduğu kimi, bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat ləhzələri ən üstün saatlar anlardır. "Qurani-Kərim" bu ayda nazil olmuşdur. Min aydan daha üstün olan saysız-hesabsız ilahi bərəkətlərlə dolu olan mübarək qədr gecəsi bu aydadır. Ramazan əməllərin Allah-taalanın dərgahında ən asan dəfələrlə yüksək şəkildə qəbul edildiyi aydır. Bu ayda insan yuxuda olduğu zaman belə onun üçün savablar yazılır. Aldığı hər nəfəsə mükafat nəzərdə tutulur.

Yaxşı, bəs bu ayı başqa aylardan fərqləndirir ki, bu qədər dəyərə malik olur? Günlər, aylar sadəcə zaman bölgüsü deyilmi? Bu zaman bölgüsünü belə əzəmətli edən nədir?

Ramazanı dəyərli edən Allahın bu ayda insana islah kamilləşmək üçün verdiyi fürsətdir. Allah bəndəsi üçün bir aylıq mənəvi inkişaf proqramı hazırlayıb.

Bəs inkişaf proqramı nədən ibarətdir? Sadəcə, oruc tutmaqdan, ac-susuz qalmaqdanmı?

Sözsüz ki, oruc tutmaq Allah-taala tərəfindən buna qadir olan insanlara vacib edilmiş bir əməldirBuna riayət etmək hər bir müsəlmanın Uca Yaradan qarşısındakı borcudur. Amma diqqət etmək lazımdır ki, dinimizin buyuruqlarının, xüsusilə , vacib edilmiş əməllərin özünəməxsus hikməti hədəfi vardır. Belə ki, əməllərin fiziki cəhətdən icra edilməsinin əsl hədəfi, onun mənəvi baxımdan olan faydaları ilə sıx bağlıdır. Sözsüz ki, fiziki cəhətdən qüsursuz yerinə yetirilən əməllər, mənəvi baxımdan qüsurlu yoxsul olsa, əslində öz hədəfinə tam çatmamışdır. Buna görə əməllərin zahiri baxımdan kamilliyinə əhəmiyyət verməklə yanaşı, onların mənəvi kamilliyinə xüsusi diqqət etmək zəruridir. Ələlxüsus, Ramazan ayında oruc tutduğumuz zaman, bu məsələyə diqqət etmək ibadətlərimizin kamilliyi, Allah dərgahında qüsursuz qəbul olması ən əsası da mənəvi kamilliyimiz üçün zəruridir. Bu qısa məqalədə Ramazan ayında oruc tutmağın faydalarından  bəhs edəcəyik.

İlk növbədə insan bilməlidir ki, o bu ayda mənəvi inkişafı üçün ciddi hərtərəfli bir proqrama başlayır. Sanki bir bitkinin toxumunu əkərək ilboyu onun bəhrəsindən faydalanacaqdır. Bu elə bir proqram, elə bir mənəvi təlim kursudur ki, ilin hansı günlərində baş verəcəyi dəqiq bilinməyən qədr gecəsində mələklər paklaşmış mənəvi ruh insanın qəlbində yer alacaqdır. Quran bütünlüklə onun ruhuna enəcək həyatı ilahiləşəcəkdir.

Bunun üçün isə insan öz şəhvani-nəfsani istəklərini cilovlamalıdır. Belə ki, "Qurani-Kərim" bu məsələyə işarə edərək, orucun təqvaya (Allah qorxusuna) səbəb olduğunu vurğulayır: "Ey möminlər! Oruc tutmaq sizə vacib oldu, necə ki, sizdən qabaqkı ümmətlərə vacib olmuşdu. Bəlkə (orucun vasitəsi ilə) təqvalı olasınız".

Ramazan ayında insan, ilk növbədə, öz düşüncə tərzini dəyişməli, dünyaya mənəvi zənginliklərlə baxmalıdır. İnsanlara qarşı təfəkküründə kin, nifrət, həsəd, paxıllıq, bədgümanlıq, hiylə, fitnə-fəsad olmamalıdır. Allaha xatir həqiqi oruc tutan şəxs orucunu batil edən əməllərdən uzaq qalmaqla yanaşı, pis, xoşagəlməz əməllərə arxa çevirməli, qəlbini əməllərini paklaşdırmalıdır. Bir sözlə, oruc insanı ilahi təqvaya doğru yönləndirməlidir. Bu, həqiqi oruc tutmağa xas əlamətdir. Orucun vasitəsilə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək, ruhunu hürriyyətə qovuşdurur. İmam Rza (ə) buyurur: "Oruc tutmaq, şəhvət ehtiras alovunu söndürər".

Bir sözlə, oruc tutan şəxsdən Ramazanın mənəvi qoxusu, Ramazan ətri gəlməlidir.

Oruc tutmaq mənəvi