24 avqust

Azərbaycanda olan hadisələr

944 – Ruslar Bərdə şəhərini tutmuşdur.

2020 – Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi üçün ümumxalq səsverməsi yolu ilə Referendum aktı qəbul edilmişdir.


Dünyada olan hadisələr

79– Vezuvin vulkanının püskürməsi nəticəsində Pompey, Herculanum və Stabii şəhərləri vulkan külü altında basdırılmışdır.

1349–Maynzda (Almaniya) 6000 yəhudi vəbanın yayılmasında günahlandırılaraq öldürülüb.

1516 – Suriya və Misirin Osmanlıların əlinə keçməsinə səbəb olan döyüşlərdən ilki və ən önəmlisi Mərcidabık döyüşü baş vermiş, döyüş Osmanlı ordusunun qələbəsi ilə başa çatmışdır. Bu döyüşə tarixin ən böyük döyüşlərindən biri də deyilir.

1542 – İspan səyyah Francisko de Orellana Amazonu kəşf etmiş, orada ekspedisiyaya hindu qadın döyüşçülər hücum etdiyi üçün o yerlərə “Amazon” adı vermişdir.

1572 – Bartolomey qətliamı. ProtestantlarınMüqəddəs Bartolomey bayramı günüParisdəProtestant liderinin evliliyi zamanıFransa kralı IX Karl və anası Yekaterina Mediçi (Katoliklər) tərəfindən təşkil edilmişQugenot qırğını baş verib. Həmin gecə Parisdə 3000 nəfər qugenot öldürüldükdən sonra Fransa əyalətlərini də qətl dalğası bürümüş və ümumilikdə 30 min nəfərə yaxınqugenot qətlə yetirilmişdir.

1720 – Sardiniya Krallığı qurulub.

1789 – Rusiya və İsveç donanmaları arasında ilk Roçensalm döyüşü olub.

1791 – İngiltərədə Kanadanı öz qubernatorları və öz qanunları ilə ikiyə bölən Konstitusiya Qanunu qəbul edilib.

1814 – İngilislər Vaşinqtonu tutub və amerikalıların Yorkdakı (indiki Toronto) ictimai binalarını yandırmasının qisası olaraq Ağ Evi yandırıblar.

1821 – Kordov müqaviləsinə əsasən İspaniya Meksikanın müstəqilliyini tanıyıb.

1848–Mersi çayında Amerikanın “Ocean Monarch” yelkənli gəmisi yanıb və 200-dən çox adam ölüb.

1853 – Amerikalı aşpaz CorcKram tərəfindən kartof cipsi icad edilib.

1858 – Virciniya ştatının Riçmond şəhərində 90 qaradərili təhsil aldığı üçün həbs edilib.

1891 – Tomas Edison hərəkət edən cisimləri çəkənkameranı patentləşdirdib.

1904 – Rusiyada fiziki cəza ləğv edilib.

1906 – ABŞ prezidenti Teodor Ruzvelt, ölkənin bütün rəsmi sənədlərinin yalnız orfoqrafiya yoxlamasından sonra nəşr olunmasını tələb edən bir fərman verib.

1909 – Panama kanalının tikintisinə başlanılıb.

1912 – ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın alaraq öz torpaqlarına daxil edib.

1917 – Amerika Birləşmiş Ştatları Rusiyanın Müvəqqəti Hökumətinə 100 milyon dollarlıq kredit verdiyini açıqlayıb.

1929 – Türkiyə və İran arasında Dostluq Müqaviləsi imzalanıb.

1931 – Fransa və SSRİ arasında hücum etməmək haqqında müqavilə imzalanıb.

1932 – Berlində üsyanlara səbəb olduğu üçün nasist qəzetləri qadağan edilib.

1937 – Sovet pilotu Konstantin Kaytanov, dünyada ilk olaraq stratosferdən (11037 m yüksəklikdən) paraşütlə tullanıb.

1942 – Stalinqradın şimalında alman qoşunları tərəfindənCTC-56 "Kompozitor Borodin" sanitar-nəqliyyat gəmisi batırılıb. Gəmidə olan 700 yaralıdan təxminən 400-ü ölüb, sağ qalanlar isə əsir götürülüb.

1944 – Moldova nasist işğalından azad edilib.

1949 – Aprel ayında imzalanan NATO-nun qurulması haqqında müqavilə qüvvəyə minib.

1950 – Yəməndən İsrailə 45 min yəhudinin yerləşdirilməsi üçün "Sehrli Xalça" əməliyyatı həyata keçirilib.

1954 – ABŞ-da Kommunist Partiyası qadağan edilib.

1954 – Braziliya prezidenti Getulio Vargas intihar edib.

1968 – Fransa termonüvə silahının ilk sınaqlarını keçirib.

1978 – Yakutiyada 19 kiloton tutumlu "Kraton-3" nüvə partlayışı edilib.

1981 – Amur bölgəsi üzərində An-24 mülki təyyarəsi Tu-16 bombardmançısı ilə toqquşması nəticəsində 37 nəfəri həlak olub. Sərnişin Larisa Savitskaya5 kilometr yüksəklikdən düşsə dəsağ qalıb.

1989 – Voyager 2 Neptun planetinin yanından keçib.

1990 – Tacikistanın suverenliyi haqqında bəyannamə qəbul edilib.

1991 – Ukrayna müstəqilliyini elan edib.

1991 – Mixail Qorbaçov Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi vəzifəsindən istefa verdiyini elan edib və Mərkəzi Komitəni özünü ləğv etməyə çağırıb.

1991 – Latviyanın Riqa və Liepa şəhərlərində Leninin abidələri sökülüb.

1992 – Çinlə Cənubi Koreya arasında diplomatik əlaqələr başlayıb.

1995– Windows-95 əməliyyat sistemi buraxılıb.

2004–Rusiyada terror hücumları nəticəsində Tu-154B-2 və Tu-134A-3 təyyarələri qəzaya uğrayıb, 90 nəfər ölüb.

2006 – Plutonun Günəş sisteminin planeti sayılmağı dayandırılıb və cırtdan planetlər kateqoriyasına salınıb.

2008 – Bişkek yaxınlığındakı Manas hava limanına eniş zamanı “Itek Air” şirkətinə məxsus Boeing-737 təyyarəsi qəzaya uğrayıb, 65 nəfər həlak olub.

2010–“Henan Airlines” aviaşirkətinə məxsusE-190 təyyarəsiİçunda qəzaya uğrayıb, 44 nəfər həlak olub.

2010 – Nepalın Katmandu şəhəri yaxınlığında “Agni Air”aviaşirkətinə məxsusDornier do 228 təyyarəsi qəzaya uğrayıb, 14 ölüb.

2016 – İtaliyada 6,1 bal gücündə zəlzələ olub 295 nəfər öldüb.

2016 – Proksima Centavra uldunun ətrafında yaşayış zonasında fırlanan Proxima-B planeti kəşf edilib.

2016 – Türkiyə "Fərat Qalxanı" kod adı ilə SuriyanınCerablusa şəhərinə qarşı 7 ay 5 gün davam edənhərbi əməliyyatlarabaşlayıb. Bu kompaniya zamanı bölgə İŞİD-dən təmizlənib və Azad Suriya Ordusunun əlinə keçib.


Bayramlar və xüsusi günlər

  • Ukraynanın Müstəqillik Günü.

Doğumlar

1712– Kornelius Daues, hollandiyalı riyaziyyatçı və astronom(ö. 1773).

1767– Maksim Vlasov, rus hərbçisi, süvari generalı, Don ordusunun komandanı(ö. 1848).

1776– Jozef Vronskiy, polşalı riyaziyyatçı(ö. 1853).

1865– I Ferdinand, Rumıniya kralı (1914-1927)(ö. 1927).

1899– Albert Klod, belçikalı-amerikalı bioloq, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (1974)(ö. 1983).

1902– Karlo Qambino, amerikalı mafioz, Nyu-Yorkdakı “5 Ailə”-ninbosslarından biri (ö. 1976).

1923– Viktor Qluşkov, rus, sovet riyaziyyatçısı, kibernetik, akademik, Ukrayna SSR Elmlər Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı(ö. 1982).

1929– Yasir Ərəfat, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri (1969-2004), Nobel Sülh Mükafatı laureatı (1994)(ö. 2004).

1964– Salican Şaripov, rus kosmonavtı, Rusiya Qəhrəmanı.

1973– İnqe de Breyn, hollandiyalı üzgüçü, 4 qat Olimpiya çempionu.

1984– Vitali Rəhimov, Azərbaycan güləşçisi.

1970– Tuqay Kərimoğlu, Türk futbolçu.

1977– Robert Enke, alman qapıçı.

1989– Reynaldo dos Santos Silva, braziliyalı futbolçu.

1992 – Jemerson,braziliyalı futbolçu.