Mədəniyyət

"Dədə Qorqud" dastanı mənəvi kimliyimiz, qəhrəmanlıq salnaməmiz

Hər bir xalqın qədimliyi onun bu günə qədər gəlib çatan ədəbi-tarixi nümunələri əsasında qiymətləndirilir. Ədəbi nümunələr aid olduğu xalqın tarixi, tarixi nümunələr isə onun sənətkarlığı, mədəniyyəti haqqında fikir söyləməyə əsas verir. Elə ədəbi nümunələr var ki, təkcə bir xalqın deyil, eyni kökə malik olan bir neçə xalqın tarixi, mədəniyyəti ədəbiyyatını özündə ehtiva edir. Belə müştərək ədəbi abidələrdən biri "Kitabi-Dədə Qorqud" dastanıdır.

Dastan on iki boydan, hər boy qədim türk tayfası olan Oğuzların həyat düşüncə tərzini əks etdirən müstəqil süjet xətli hekayədən ibarətdir. Boyların müəllifi isə Dədə Qorquddur. O, Oğuz türklərinin başbiləni, yolgöstərənidir. Dastanın müqəddiməsində Dədə Qorqudun Məhəmməd peyğəmbərin zamanında (VII əsr) yaşadığı onun üzünü gördüyü qeyd edilir. Orta əsr tarixçilərindən bəzilərinin yazdığına görə isə Dədə Qorqud türklər tərəfindən elçi qismində Məhəmməd peyğəmbərin yanına göndərilib. Dədə Qorqud indiki Azərbaycan ərazilərindən geniş coğrafiyada məskunlaşmış Oğuz elinin rəmzi olan ümumiləşmiş obrazdır. Dədə Qorqudun məskəni, Vətəni Azərbaycan, tayfası, milləti isə daha böyük bir məkanda yayılmış oğuzlardır. Altuntaxt Qorqud elinin paytaxtı, Dərbənd qapısı, Əlincə isə qalasıdır. Dastanda qədim Azərbaycanın fərqli coğrafi ərazilərindəki Bayat eli, Göyçə gölü, Bərdə, Gəncə, Şərur, Qaraçuq, qaya, Dərəşam, Sürməli, Qazan göl başqa yer adlarından bəhs olunur.

Tədqiqatçılar hesab edirlər ki, "Kitabi-Dədə Qorqud" boyları ilk dəfə XI yüzillikdə eyni adla yazıya alınıb. Onun hazırda əlimizdə olan iki nüsxəsi var. Müqəddimə 12 boydan ibarət olan Drezden (Almaniya) eyni müqəddimə ilə 6 boydan ibarət olan Vatikan (İtaliya) nüsxələrinin XVI əsrdə üzü köçürülmüş əlyazmalar olduğu bildirilir.

Bu qədim oğuznamədə əxlaqi-tərbiyəvi əhəmiyyətli ailə-məişət məsələləri, ibrətamiz səhnələr diqqəti xüsusilə cəlb edir. Məsələn, igid bəy oğlunun evlənmək üçün qız seçməsi, həmin qızda hansı keyfiyyət bacarıqları arzulaması, daha doğrusu, bunları bir tələb kimi irəli sürməsi olduqca maraq doğurur müasir məhəbbət dastanlarından fərqlənir. Ümumiyyətlə, "Dədə Qorqud" boylarında kişidən , qadından da eyni keyfiyyətlər tələb olunur. Qoçaqlıqda, cəsurluqda, qılınc çalmaqda, ox atmaqda, at çapmaqda, baş kəsməkdə, savaşmaqda qadın ərinə uyğun gəlməlidir. "Qanlı qoca oğlu Qanturalı boyu"na nəzər salsaq, aydın görərik ki, Qanturalı evlənəcəyi qızda arzuladığı ən başlıca keyfiyyətləri belə sadalayır: "Baba, mən yerimdən durmadan ol durmuş ola. Mən qara qoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola".

Göründüyü kimi, burada gözəllik, incəlik, zəriflik arxa planda dayanır. Qoyulan əsas tələblər qoçaqlıq, çeviklik, mərdlik, cəsurluqdur.

"Kitabi-Dədə Qorqud" boyları özündə tarixin ən dərin qatlarından süzülüb gələn, ailə dəyərlərimizlə bağlı bir çox adət-ənənələrimizi yaşadır. "Dədə Qorqud" dastanları həm Oğuz türklərinin, Azərbaycan xalqının yurd torpaq andının manifestidir. Bu, ölkəsini, torpağını, millətini dərindən dərk edən bir xalqın vətən torpaq sevgisinin möhtəşəm oğuznaməsidir. Dədə Qorqud qəhrəmanları isə dastanlaşmış obrazlardan çox, həyat düşüncə adamlarıdır. Dastanda rütbə, titul etibarilə yüksək mövqeyə malik olan insanlar real cizgiləri ilə əks etdirildiyi halda, cəmiyyət həyatında kiçik yer tutan sadə adamlar mümkün olduğundan qat-qat güclü şəkildə təsvir edilib. Bu da dastanın sadə xalqın bir parçası olduğunu sübut edir. Bu faktı həm dastanda qeyd olunan el məsəlləri, atalar sözləri