Azərbaycanda olan hadisələr
1514 – Çaldıran Döyüşü baş verib: Yavuz Sultan Səlimin (I Selim) komandanlığı altında olan Osmanlı Ordusu Şah İsmayılın Ordusunu məğlub edib.
1918 – Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan vətəndaşlığı haqqında qanun qüvvəyə minib.
1993 – Azərbaycanın Füzuli və Cəbrayıl rayonları erməni təcavüzkarları tərəfindən işğal olunub.
1993 – Azərbaycanın yüksək səviyyəli domeni .az yaranmışdır.
Dünyada olan hadisələr
1305 – Uilyam Uolles Londonda İngiltərə kralı I Edvard tərəfindən edam edilib.
1382 – Rusiyada ilk dəfə Moskvanın Toxtamış xanın basqınından müdafiəsi zamanı toplardan istifadə edilib.
1614 – Qroningen Universiteti yaradılıb.
1839 – İngilislər Honq-Konqu ələ keçirib.
1866 – Avstriya-Prussiya müharibəsinə son qoyan Paris sülh müqaviləsi bağlanıb. Müqaviləyə görə Venesiya İtaliyaya verilib.
1913 – London polisi hakimiyyətdən şəhər yerlərində avtomobillərə sürət məhdudiyyəti qoyulmasını istəyib.
1914 – Yaponiya İmperiyası Almaniya İmperiyasına müharibə elan edib və Birinci Dünya Müharibəsinə Antanta tərəfində daxil olub.
1921 – İkinci Yunan-Türk müharibəsinin dönüş nöqtəsi olan Sakarya döyüşü başlamışdır.
1923 – Lozanna Sülh Müqaviləsi Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq edilib.
1924 – Fransız futbol klubu Monako qurulub.
1935 – Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun 7 noyabr 1935-ci il tarixinə qədər Kreml qüllələrindəki iki başlı qartalların beşguşəli ulduzlarla əvəz edilməsi haqqında fərmanı imzalanıb.
1939 – Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalanmışdır. Məhz bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım olmuşdur.
1942 – Stalinqradın kütləvi bombalanması, bununla da Stalinqrad müdafiəsi başlanıb.
1943 – Böyük Vətən Müharibəsi zamanı Xarkov alman-nasist qoşunlarından azad edilib. Sovet qoşunlarının Kurskda yekun qələbəsi.
1959 – ABŞ hökuməti ölkədəki 400 məktəbdə rus dilinin tədrisini elan edib.
1973 – Akademik Andrey Saxarov Moskvadakı evində SSRİ-də insan hüquqlarının pozulması ilə bağlı xarici jurnalistlər üçün ilk mətbuat konfransını keçirib.
1975 – Xarkov metrosu istifadəyə verilib.
1976 – Çində güclü zəlzələ nəticəsində minlərlə insan həyatını itirib.
1979 – “Bolşoy Teatr”ın balet rəqqası Aleksandr Qodunov SSRİ-dən qaçıb.
1984 – Dissident fizik Saxarovun həyat yoldaşı Elena Bonner 5 il sürgünə məhkum edilib.
1989 – Sovet-Alman paktının imzalanmasının 50-ci ildönümündə Baltik Yolu hərəkati baş verib. Litva, Latviya və Estoniya sakinləri təxminən iki milyon insan əl-ələ tutaraq 600 km uzunluğunda bir insan zənciri qurublar (dünyada ən uzun insan zənciri).
1990 – Ermənistan SSRİ-dən müstəqilliyini elan edib.
1990 – Qərbi və Şərqi Almaniya yenidən birləşmə tarixini 3 oktyabr üçün təyin edib.
1991 – B.Yeltsin SSRİ-nin fəaliyyətini və “Pravda” qəzetinin nəşrini dayandırıb.
1991 – Latviyada Kommunist Partiyası qadağan edilib.
1991 – World Wide Web (www) qurulub: dünyanın ilk veb serverinə ictimai giriş açılıb.
1996 – Yuqoslaviya ilə Xorvatiya arasında diplomatik əlaqələr qurulub.
2011 – Liviyada Qəddafi rejimi sona çatıb.
2017 – Qarabağ FK Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə keçib.
Bayramlar və xüsusi günlər
- Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü.
- Ukraynada Bayraq Günü.
- Beynəlxalq Kölə Ticarəti Qurbanlarını Anma və onun ləğvi Günü.
- Avropa Birliyi stalinizm və nazizm qurbanlarını anma günü.
Doğumlar
1141 – Nizami Gəncəvi, Orta əsr Şərqinin dahi şairi, filosof və mütəfəkkir, Azərbaycan ədəbiyyatında epik poeziyaya realist stil gətirən romantik şair, dünya intibah dövrünün parlaq nümayəndəsi, dünya ədəbiyyatının klassiki (ö. 1209).
1754 – XVI Lyudovik, Fransa kralı (1774-1792) (21 yanvar 1793-cü ildə edam edilib).
1769 – Corc Kyüve, Fransız zooloqu (ö. 1832).
1773 – Yakob Fridrix Friz, alman idealist filosof, fizik və riyaziyyatçı (ö. 1843).
1809 – Nikolay Muravyov-Amurski, Rus dövlət xadimi, Şərqi Sibir general-qubernatoru (1847-1861), Xabarovskun qurucusu (ö. 1881).
1851 – Alois Jirasek, çex yazıçısı, tarixi romanların müəllifi (ö. 1930).
1880 – Alexandr Qrin, rus sovet neo-romantik yazıçısı ("Qırmızı yelkənlər", "Dalğalarda qaçanlar" və s.) (əsl soyadı Qrinevski; ö. 1932).
1917 – Nikita Moiseev, Sovet və Rus alim-mexaniki, riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının akademiki (ö. 2000).
1931 – Hamilton Smit, amerikalı mikrobioloq, gen mühəndisi, Nobel mükafatı laureatı (1978).
1933 – Robert Kerl, amerikalı kimyaçı, Nobel mükafatı laureatı (1996).
1943 – Şahmar Ələkbərov, azərbaycanlı aktyor, kinorejissor, ssenarist, Dövlət Mükafatı laureatı, Azərbaycanın xalq artisti (ö. 1992).
1951 – Əhməd Kadırov, Çeçen dini və dövlət xadimi, Çeçenistan Respublikasının ilk Prezidenti (2003-2004) (ö. 2004).
1978 – Kobe Bryant, Amerikalı basketbolçu, iki qat Olimpiya çempionu (2008, 2012) (ö. 2020).