Qətiyyətin növbəti əməli ifadəsi
Siyasət

Qətiyyətin növbəti əməli ifadəsi

Ölkəmizin suveren ərazisində – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi quruldu

"İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları eyni zamanda, ona dəstək verən ölkələr qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın". Bu fikirləri Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində demişdi. Vurğulamışdı ki, separatçıların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Azərbaycanla Ermənistan arasında danışıqlarla bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, Azərbaycan sülh müqaviləsinin imzalanmasına təklif etmiş məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn təməl prinsipləridir. Məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı s. danışıqlar mümkündür. 2020-ci ilin noyabrında Rusiya Azərbaycan prezidentlərinin Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşdü. Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə , Ermənistan bundan boyun qaçırır. Düşmən ölkə, həmçinin, Avropa Birliyinin vasitəçiliyilə aparılan danışıqların prinsiplərini yerinə yetirmir.

Ermənilər üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Qarabağda fəaliyyət göstərən qanunsuz erməni hərbi birləşmələrini ərazilərimizdən nəinki uzaqlaşdırmır, hərbi sursatla təmin edərək yeni müharibə üçün şərait yaradırlar. Həmçinin Laçın-Xankəndi yolundan yalnız humanitar məqsədli yardımların daşınması nəzərdə tutulsa da, rəsmi İrəvan bu yoldan hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirməklə özünün təcavüzkar, təxribatçı mövqeyini bir daha ortaya qoyur. Azərbaycan dəfələrlə bəyan edib ki, öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat canlı qüvvə daşınmasına göz yummaq niyyətində deyil. Ermənistan sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq üçün müxtəlif yollara əl atır. Təəssüflər olsun ki, Rusiya sülhməramlı qüvvələri onların bu əməllərinə göz yumur, yaxud da özü vasitəçilik edir. Ona görə artıq Azərbaycanın yenə öz problemini özü həll etməsi qaçılmazdı.

Bu günlərdə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb. Bu haqda videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olmasına Rusiya sülhməramlıları şərait yaradıb. Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan tərəfindən aprelin 22- birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-