Gündəm

"Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət" tədbiri çərçivəsində konsert proqramı keçirilib

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin park ərazisində Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir həyata keçirilib. Daha sonra, tədbir konsert proqramı çərçivəsində davam edib.
Keçirilən konsert proqramı Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Tədbirin açılış mərasimində Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlara qayıdışının mütləqliyi vurğulanıb. Daha sonra Qərbi Azərbaycanın musiqi mədəniyyətinə xas xalq mahnıları - "İrəvan şikəstəsi" , "Göyçə gözəlləməsi", "İrəvanda bir quyu var" , " İrəvan çuxuru" və s. mahnılar ifa olunub. 
Konsert proqramı "Ağbaba yallısı" milli rəqsi ilə yekunlaşıb.
 

Nurlan ABDALOV, 

"Respublika".