Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib
Gündəm

Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib

Qazaxıstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.

“Respublika” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyir, həmçinin bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsasını təşkil edən prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə tərəfdardır”, - Qazaxıstan XİN-in bəyanatında qeyd edilib.