Xüsusi nümayəndəlik: Şuşa şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb
Gündəm

Xüsusi nümayəndəlik: Şuşa şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi Şuşa şəhərinə giriş-çıxışa guya məhdudiyyət qoyulması ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib.

Bununla bağlı nümayəndəlikdən "Respublika"ya daxil olan məlumatda qeyd olunub: “Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.